vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
01:01 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maliyyə imkanları mövcuddur

Neft Fondunun baş verən iqtisadi dəyişikliyə çevik reaksiya vermədi

Büdcəyə yenidən baxılmasına ehtiyac olduğunu apreldən bəri bir neçə dəfə səsləndirmişik. Çünki, “problem qlobal problemdir” deyə ağırlığı vətəndaşların çiynində saxlamaq olmaz. Artan xərclərin az təminatlı insanlara əzici təsirlərini azaltmaq üçün dövlətin mövcud maliyyə resurslarından təcili istifadə etmək lazımdır. Yaxşı ki, ölkə başçısı buna görə 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı xüsusi tapşırıqlar verdi. Əks halda bu məsələ hələ bir neçə ay gündəmə gələsi deyildi.

Ümid edirəm ki, büdcəyə ediləcək dəyişiklik nəticəlilik baxımından inflyasiyanın vətəndaşlara yaratdığı mənfi təsirə heç olmasa nisbətən adekvat olacaq. Çünki buna real maliyyə imkanları mövcuddur. Təkcə bu ilin yanvar-may aylarında qaz gəlirləri də ötən illə müqayisədə təxmini 900 faizlik bir artım müşahidə edilib. Neft hasilatı isə 3,4 faiz azalmasına rəğmən gəlirləri isə ötən ilin eyni dövr göstəricilərinin 200 faizdən çox  artığını təşkil edib.  

Deməli, mövcud valyuta ehtiyatlarını əritmədən cari il üzrə formalaşan gəlirlərin müəyyən hissəsini böhranlı iqtisadi vəziyyətin idarə olunmasına yönəltmək hazırda ən doğru addım olardı. 

Valyuta ehtiyatlarının ərinməsinə, yoxsa artmasına gəldikdə isə bu ehtiyatların böyük ölçüdə Dövlət Neft Fonduna aid olmasıni nəzərə alsaq, məsələdə Fondun öz ehtiyatlarının necə idarə edilməsi böyük rol oynayır. Bu məsələ ilə bağlı isə bir statistikanı yazım. 2021-ci ilin əvvəlində Fondun qızıl ehtiyatı təxmini 6,2 milyard dollarlıq, qiymətləndirilirdisə, ilin sonuna bu göstərici 5,9 milyard dollar olmuşdu. 

Yeri gəlmişkən, Hesablama Palatası da Dövlət Neft Fondunun baş verən iqtisadi dəyişikliyə çevik reaksiya vermədiyini və valyuta məzənnələrinin dəyişmələrindən son 4 il ərzində 2,2 milyarddan artıq xərc yarandığı bildirmişdi.

Bu rəqəm dövlət büdcəsindən İşğaldan azad edilən yerlərin bərpasına ayrılan puldan çoxdur.

Demək ki ehtiyatların həcminə mənfi təsir təkcə  büdcəyə edilən dəyişiklərdən gəlmir. Əksinə valyuta ehtiyatlarının azalmasına təsir edən ən yaxşı hadisə elə bu vəsaitlərdən sadə insanların yararlana bilməsidir.

Çünki bu iqtisadi tərəfdən effektiv, hüquqi tərəfdən ədalətli, mənəvi tərəfdən isə sadə insanlara halaldir.