 
                                Aclıq təhlükəsi 673 milyona çatıb
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
 01:06 | 23 iyun 2022 | Cümə axşamı
                Məqaləyə 1184 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                01:06 | 23 iyun 2022 | Cümə axşamı
                Məqaləyə 1184 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
 
                                ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
 
                                Yeni ünvan seçimləri arasında İstanbul da var
 
                                6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 
                                İran valyutası rekord həddə ucuzlaşdı
 
                                İranın nüvə proqramı barədə nə bilirik?
 
                                Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
 
                                “Dünyada savaş qaydaları çökür”
 
                                Sirr dolu qaçış hekayəsi dramla bitdi – ata öldü, uşaqlar hələ də itkin
 
                                İran və Avropa arasında “snapback” krizi
 
                                “İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
 
                                MAGATE Tehranın nüvə öhdəliklərinə əməl etmədiyini hesab edir
 
                                BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
 
                                May ayında qlobal ərzaq qiymətlərinə hansı məhsullar ucuzlaşıb?
 
                                Dünya əhalisi səhv hesablanıb
 
                                Birbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti oldu
Birləşmiş Millətlər Təşkilatının araşdırmasına əsasən, dünya boyu 222 milyon uşaq və yeniyetmənin təhsili çox sayda böhranlar səbəbilə yarımçıq qalıb.
Araşdırmanı Birləşmiş Millətlər Təşkilatının fövqəladə hallar və uzadılmış böhran zamanları üçün qlobal fondu olan “Education Cannot Wait” (Təhsil Gözləyə Bilməz) aparıb. Təşkilat 2016-cı ildə təsis olunduğu zaman böhranın təsirinə məruz qalan və bu səbəblə təhsilə çıxışları kəsilən uşaqların sayı təxminən 75 milyon idi.
Təşkilatın direktoru Yasmin Şerif deyir ki, son altı ildə müxtəlif böhranlar səbəbilə bu rəqəm 40-dan çox ölkədə 222 milyona çatıb.
“Dünya boyu münaqişələr mövcuddur - biz bunu bilirik, amma onlar getdikcə daha uzunmüddətli olur. Ancaq münaqişələr və iqlimlə əlaqədar fəlakətlər səbəbilə artan və rekord həddə çatan qaçqın və didərginlərin sayı və əlbəttə ki, COVİD-19 pandemiyası da bu rəqəmin artmasına səbəb olub”, – Şerif deyib.
Araşdırma nəticəsi onu göstərir ki, dünya boyu 78.2 milyon insan məktəbdən çıxıb. Təhsil üzrə ekspertlər deyir ki, həmin uşaqların təhsillərini davam etdirmək ehtimalları azdır və bu da onların gələcəkləri və qazanclarına zərərli təsir göstərir.
Şerif deyir ki, o, uşaqların əksəriyyətinin məktəbə getmədiyi ölkələri ziyarət edib və Mali, Çad, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan kimi böhranın bürüdüyü ölkələrdə uşaqların başların nələrin gəldiyini görüb.
“Məktəbə getməyəndə – oğlansansa – məcburi şəkildə silahlı qruplara, terrorçu qruplara, yarı-hərbi dəstələrə, hökumət qruplarına qoşulmaq təhlükəsi ilə üzləşirsən”, – o deyib. “Qızsansa, evdə gender-əsaslı zorakılıq, cinsi zorakılıq, insan qaçaqçılığı, erkən evlilik və erkən doğuş riski ilə üzləşirsən”.
Şerif deyir ki, bu yeni məlumatlar bütün liderlər və qanunvericilər üçün bir işarə olmalıdır, çünki getdikcə daha çox uşaq böhranlar səbəbilə geridə qalır. O deyir ki, beynəlxalq ictimaiyyət onların təhsil ehtiyaclarını qarşılmaq üçün da çox səy göstərməlidir, əks təqdirdə insani və iqtisadi inkişafa çox böyük mənfi təsirlər olacaq.