vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
10:20 | 8 iyul 2022 | Cümə Məqaləyə 821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş baş nazirə sui-qəsd

Şinzo Abenin kliniki olaraq öldüyü bildirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın qərbindəki Nara şəhərində naməlum silahlı şəxs keçmiş Baş nazir Şinzo Abeyə atəş açıb. Abenin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Polis sözçüsü bildirib ki, siyasətçinin ürəyi dayanıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Yaponiya hökumətinin katibi Hirokadzu Matsuno jurnalistlərə Abenin vurulduğunu təsdiqləsə də, keçmiş baş nazirin vəziyyəti ilə bağlı, hələlik, heç nə məlum olmadığını deyib.

NHK telekanalı və “Kiodo Susin” xəbər agentliyinin məlumatına görə, Ş.Abe Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə partiyasının namizədini dəstəkləmək üçün Nara vağzalı yaxınlığında keçirilən mitinqdə çıxış edərkən kürəyindən iki güllə yarası alıb. Yaralanandan sonra keçmiş baş nazir huşunu itirib. Hadisə şahidlərindən biri bildirib ki, siyasətçinin ürəyi masaj edilib. Xəstəxanaya aparılan Ş.Abe, son məlumatlara görə, kliniki olaraq ölü elan edilib.

Hücum edənin Nara şəhərinin 41-yaşlı sakini Tetsuya Yamaqami olduğu açıqlanıb. O, adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilib. Hücumun motivi, hələlik, məlum deyil. İlkin məlumatlara görə, o, əldəqayırma ov tüfəngi ilə Ş.Abeni kürəyindən vurub. Silah müsadirə edilib. Yerli mətbuat yazır ki, T.Yamaqami Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş qulluqçusudur.

67-yaşlı Şinzo Abe 2020-ci ildə baş nazir postunu tərk edib. Lakin Yaponiyanın hakim Liberal Demokrat Partiyasında güclü fiqur sayılır.