vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DİGƏR NÖVLƏR  
12:10 | 15 iyul 2022 | Cümə Məqaləyə 3939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mersedes”in siyasi oyunları

Alman markası öz qazdığı quyuya düşdü

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Maykl Masi (Michael Masi) getdi. Həm də Hamiltonu və onun fanatlarını yaxşıca yaralayaraq. Amma burada Hamilton ən günahsız adamdır? Xeyr. Hamiltonu Masi uduzdurdu? Xeyr. Elə “Mercedes” özü uduzdurdu. Niyə?

“Mercedes” 2018-ci ildən ayaq oyunları oynayırdı. Həmin il “Ferrari” güclü idi, amma “Mercedes Motorsport”un rəhbəri Toto Volf FİA-nın otağından çıxmırdı. “Ferrari”nin maşınına hər yarış bir yoxlama cihazı qoşdurtdururdu. Bu da “Ferrari”yə pis təsir etdi. Arrivabene isə komanda rəhbərindən çox biznesmen kimi davranırdı. Bir dəfə “Mercedesə” tərs söz demədi. Rəhbər kimi yetərsiz adam idi. 

“Mercedes” eyni şeyi 2019-cu ildə yenə “Ferrari”yə etdi. 2021-ci ildə isə rəqib “Red Bull” idi. Qarşısında artıq nə Binotto var idi nə də Arrivabene. “Formula-1”də avtoritet olmuş üç nəfər var idi - Kristian Horner, Helmut Marko və Adrian Nyui. 

Britaniyaya qədər iki komanda da normal yarışırdı. Heç kim siyasi oyunlar oynamırdı. “Mercedes” gördü ki, normal yarışsa, “Red Bull”la bacarmayacaq. Britaniyada Verstappeni vurub çıxardılar. Sonra Masiyə təzyiq göstərib cəzanı azaltdılar. Ardınca Macarıstanda Alonsonun müdafiəsinə görə FİA-ya təzyiq göstərdilər. 

“Red Bull” isə əsl yarış komandası kimi öz işində idi. Heç bir siyasi oyun oynamırdı. Sadəcə söz oyunları ilə “Mercedes”in əsəblərini oynadırdılar. “Red Bull” bu oyunlara ilk dəfə Abu Dabidə əl atdı. Burada da “Mercedes”i məğlub etdi. Arada hələ Səudiyyə Ərəbistanında Hamiltona verilməyən xəbərdarlıq cəzası var. O verilsə, xəbərdarlıqların sayı 3 olacaq və Hamilton startda 10 yer itirəcəkdi. Amma Mazepin şikayət etmədi deyə cəza gəlmədi. Nə dəxli? Onda gərək heç kimə cəza verilməsin. Burada niyə Masiyə yüklənilmir? 

Hamilton Ciddədə gedib Verstappenə arxadan vurdu, dedi “brake test”dir. Amma eyni həmlələri bu il Verstappen-Lekler etdilər, təmas olmadı. 

Keçən il Hamilton çempionluğa layiq idi? Son yarışdakı mənzərəyə görə hə. Amma onun çempionluğunu “Mercedes” oğurladı. 2018-ci ildən etdikləri siyasi oyunlarla. Amma “Red Bull” sonradan elə oyun qurdu ki, alman maşını hələ də özünə gələ bilmir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)