
Alman avtomobil sənayesində böhran
“Volkswagen” və “Mercedes”dən sonra “BMW” də tənəzzüldədir
“Volkswagen” və “Mercedes”dən sonra “BMW” də tənəzzüldədir
Mənfəət həddi inanılmaz dərəcədə aşağı düşüb
“Volkswagen” elektrik modelinə ciddi endirim etdi
Alman markası öz qazdığı quyuya düşdü
Komanda əmri qalibiyyətə duz qatdı
Komanda əmri qalibiyyətə duz qatdı
Komanda əmri qalibiyyətə duz qatdı
“Donald Trampın tarif siyasətinə görə, bütün dünyada avtomobil istehsalçıları ABŞ-da yerləşən yerli istehsallarını artırmağı düşünürlər. Almaniyanın “Mercedes-Benz Group” AG şirkəti ən çox satılan idman avtomobili “GLC”nin istehsalını Almaniyadan ABŞ-a köçürəcəyini təsdiqləyib”, – “Bloomberg”in verdiyi xəbərdə belə deyilir.
Avtomobil istehsalçısı bu ayın əvvəlində əsas seqmentli avtomobilin istehsalını Atlantikanın o biri tərəfinə köçürəcəyini açıqlasa da, indiyə qədər modelin adını çəkməyib.
“Mercedes” həmçinin bu addımın Donald Trampın ABŞ-a avtomobil idxalında artıq üzləşdiyi 2,5 faiz dərəcəsinə 25 faiz vergi əlavə edən tarif siyasətinin nəticəsi olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib.
“Bu modelin həcmi ilə nəyə nail olmaq istədiyimizi görürsünüzsə, onu ABŞ-a gətirməyin mənası var", - “Mercedes”in Şimali Amerika üzrə rəhbəri Ceyson Hoff mətbuat konfransında deyib.
Hazırda Almaniya istehsalı olan GLC, 49 250 dollardan başlayan başlanğıc qiyməti ilə “Mercedes”in ən populyar ABŞ idxalıdır. Şirkət keçən il ABŞ-da bu hibrid modellərdən 64 mindən çox satıb ki, bu da əvvəlki illə müqayisədə 50 faiz artıqdır.
Avtomobil “Mercedes”in Alabama ştatının Tuskalusa şəhərindəki zavodunda istehsal olunacaq. ABŞ istehsalı olan “GLC” cip model avtomobilinin istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.
Digər avtomobil istehsalçıları da ABŞ prezidentinin istədiyi kimi istehsalı lokallaşdırmaqla ABŞ prezidentinin tarif siyasətinin gətirdiyi xərcləri azaltmağı hədəflədikləri üçün ABŞ-a sərmayə qoyacaqlarını açıqlayıblar.
“Mercedes”ə gəlincə, bu addımın daha nə qədər iş yeri yaradacağı və ya hər hansı əlavə maliyyə sərmayəsinin nəzərdə tutulduğu barədə məlumat yoxdur.
Bununla belə, Ağ Ev qərarı alqışlayıb. Həmçinin vurğulanıb ki, “BMW” Cənubi Karolinadakı zavodunda istehsalı artırmağı düşünür, “Stellantis” İllinoysdakı fabrikini yenidən açacaq, “Honda Civic” istehsalını Yaponiyadan ABŞ-a keçirməyi, “Hyundai” isə ölkəyə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır.