Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
11:56 | 15 iyul 2022 | Cümə
Məqaləyə 1264 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
İyulun 14-də neftin qiyməti 4 dollar ucuzlaşıb. “Brent” neftinin bareli 94.50 dollara düşüb. İnvestorlar bu ayın sonuna ABŞ-da faiz dərəcəsinin qaldırılacağını, bunun isə inflyasiyanın qarşısını alacağını, eyni zamanda neftə tələbata təsir göstərəcəyini gözləyirlər.
***
Sentyabr üçün “Brent” fyuçerslərinin bareli 47 sent ucuzlaşaraq 99.10 dollara bərabərləşib. Artıq üçüncü sessiyadır ki, qiymət 100 dollardan aşağı olur.
ABŞ-ın Qərbi Texas neftinin avqust çatdırılmaları isə 52 sent ucuzlaşaraq bareli 95.78 dollar olub.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparır. Son inflyasiya hesabatı qiymətlərə təzyiqin sürətləndiyini ortaya qoyub. Bu ay uçot dərəcəsinin 100 bənd artırılacağı gözlənir. FED 26-27 iyul tarixlərində görüşməlidir.
Çərşənbə günü “Bank of Canada” oxşar addımla bazarları təəccübləndirib.
***
Nyu-Yorkdakı “Again Capital LLC”nin tərəfdaşı Con Kildaf “Reuters”ə deyib ki, FED-in addımları bazara böyük təsir göstərəcək.
Neftin qiyməti son iki həftədə düşməyə başlayıb. Səbəb Qərbin sanksiyalarından dolayı Rusiyadan xam neft və emal olunmuş məhsulların ixracının azalmasına və Liviyada təchizatın pozulmasına baxmayaraq, resessiya sarıdan narahatlıqdır.
Digər tərəfdən, investorlar təhlükəsiz hesab olunan dollara üz tutub, dolların məzənnəsi çərşənbə günü – iyulun 13-də rekord həddə çatıb. Bu isə qeyri-ABŞ alıcıları üçün neft alışını daha da bahalandırır.
İlinoysdakı “Ritterbusch and Associates LLC”nin direktoru Cim Ritterbuş isə deyir ki, texniki göstəricilər neftin daha da ucuzlaşacağını göstərir.
***
Rusiya Prezidenti Vladimir Putin fevralın sonunda Ukraynaya hücum əmri verəndən sonra neft sürətlə bahalanmağa başladı. Qərb ölkələri dünyada ən böyük ixracatçılardan olan Rusiyaya sanksiyalar açıqladıqca “Brent” və Qərbi Texas neftinin bareli 130 dolları keçdi.
Neftin bahalanmasını dayandıran digər amil isə Çində COVID-19-un yüksək yoluxucu alt-variantına yeni yoluxmalarla bağlı qapanma ehtimalıdır.
İyunda Çində gündəlik neft idxalı 2018-ci ilin iyulundan bəri ən aşağı həddə düşüb.
ABŞ Prezidenti Co Bayden isə bu gün – iyulun 15-də Səudiyyə Ərəbistanında Körfəz müttəfiqlərinin sammitinə qatılacaq. Onun müttəfiqləri bazara daha çox neft vurmağa çağıracağı gözlənir.
Ancaq “Reuters” yazır ki, OPEK ölkələrində hasilatçıların çoxu maksimum gücünü işə salıb. Səudiyyə Ərəbistanının bazara tezliklə nə qədər əlavə neft çıxara biləcəyi isə bəlli deyil.