


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
“Ferrari” sabah üçün çox vacib poul qazandı, amma buradakı sonuncu yarışda da Lekler pouldan başlamışdı və yekunda ikinci yeri tutmuşdu.
Lekler sabah qələbə üçün yaxşı yerdədir. Məncə Peres ona rəqib deyil. Çox qeyri-stabildir. Sağı-solu bəlli deyil. Bir də gördünüz rəqib oldu. Amma günündə olan Lekler sabah ciddi bir problem olmasa, bu yarışı rahatlıqla udmalıdır. Hələ Karlos Saynsın da başına oyun açmasalar, Lekler üçün Verstappenə qarşı yastıq funksiyası yerinə yetirə bilər.
Hamilton isə az qala 2018-ci ildəki dövrəsi kimi bir dövrə vururdu. Poul alsa, bəlkə də karyerasının ən xüsusi poulu olardı. Şumaxerin 2012-ci ildə Monakoda aldığı kimi.
Mark Verstappenə gəldikdə isə “Red Bull” bu dəfə özünə yaraşmayan səhv elədi. Bu gün Peres Leklerdən cəmi 0.022 saniyə geri qaldı. Verstappen mübarizədə olsa, poulu rahat alardı. Onsuz da sondan ikinci dövrəsi buna imkan verirdi. 8-ci yerdən başlaması ilə yarışa böyük həyəcan qatacaq.
4-cü yer uğrunda mübarizədə də Alonso və Norris qonşu yerlərdən başlayır. Alonsonun yeni altlığı deyəsən yaxşıdır. Bu gün arada bir poul uğrunda mübarizə aparırdı. Okon əyləc problemi yaşamasa, o da yaxşı yer tuta bilər.
Günün sürprizi isə Rassell oldu. Sabah həm Verstappen, həm də Rasselldən şou izləyə bilərik.