vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:46 | 21 oktyabr 2022 | Cümə Məqaləyə 1343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranı qorxudan iki səbəb

Avropa ilə artan siyasi əlaqələr Tehran üçün təhdiddir

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“İran öz sərhədləri daxilində bir çoxu hərbi xidmətdə olan və İranın qeyri-fars etniklərinə mədəni təzyiqinə qarşı çıxan xeyli azərbaycanlı əhalisinə görə Azərbaycanı zəiflətmək və sabitliyi pozmaq niyyətindədir”. Bunu amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, İran Azərbaycanla açıq savaşa iki səbəbə görə girə bilməz:

“Artıq bir aydan çoxdur ki, ölkəni sarsıtmaqda davam edən etirazlara İran tab gətirə bilsə də azərbaycanlıların kollektiv üsyanı baş verərsə, bu orada bütün sistemin çökməsinə səbəb ola bilər. İndiyədək ölkənin periferik rayonlarından kənarda keçirilən nümayişlər əhəmiyyətli olmayıb, çünki azərbaycanlı əhali fəal iştirak etmir, lakin bu, dəyişə bilər. Necə ki, keçmişdə Azərbaycan İran tərəfindən təzyiqlərə məruz qalanda Təbrizdə və ölkənin xeyli azərbaycanlı əhalisi olan bölgələrində Azərbaycana dəstək aksiyaları keçirilirdi.

Digər narahatlıq isə ondan ibarətdir ki, Avropanın etibarlı neft və qaz tədarükçüsünə çevrilmiş Azərbaycanın ucuz neftdən qazanc əldə etmək ümidi olan İranla rəqabət aparmasıdır.

Hazırda Bakının Aİ ilə artan siyasi əlaqələrə malik olması, dəhşətli insan haqları praktikaları mədəni və dini dözümsüzlüyü kəskin ziddiyyət təşkil edən avtoritar rejim üçün təhdiddir və Tehran bunu biznes imkanlarına ciddi mane kimi görür. Amma hazırda İran çətin ki, Azərbaycanla birbaşa qarşıdurmaya girsin, çünki daxili təzyiqlərə görə artıq sanksiyalarla və beynəlxalq təzyiqlərlə üz-üzə qalmaq kimi qorxu canındadır.

Xüsusən də qonşuluqda Türkiyə kimi böyük bir güc mərkəzinə çevrilən, çətinliklərə tab gətirə bilən bir dövlət var ki, o İrana ən çətin məqamlarda potensial yardım göstərə biləcək ən real aktordur. Təbii ki, həm də belə olan təqdirdə Tehran istəmir Ankaranı özündən uzaqlaşdırsın. Çünki Tehranın Bakıyla açıq qarşıdurmaya girməsi eyni zamanda Ankaraya da cəbhə açmaq demək olacaq”. (Milli.az)