


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Çox həyəcanlı sıralanma turu keçdi və sonda yenə Verstappen poul qazandı. Amma məncə, sıralanma turunun taleyini Mik Şumaxer həll etdi. Necə?
Birinci sessiyada altıncı yeri tutaraq, bütün öndəki komandaları qorxutdu. “Mercedes” bu anda boksdan çıxırdı ki, məlum oldu ki, Mik trası kəsib və nəticəsi silindi. “Ferrari” və “Red Bull” da çıxmağa hazırlaşırdı, amma Mikin nəticəsi silinəndən sonra onlar fikirlərindən döndülər. Nəticədə “Mercedes” Q1-də daha çox yumşaq (soft) təkər istifadə edən tərəf oldu. Bu da məncə, bütün sıralanma turuna öz təsirini göstərdi.
“Ferrari”lərin burada zəif olması məncə, bir yarışlıqdır. Ya da başqa şey sınayıblar və bu dəfə sıralanma turuna yox, yarışa sazlanıblar. Görək. Amma son sessiyada ilk sektorda çox pis idilər. Görəsən komanda ara yerdə nə etdi?
“Alfa Romeo “ bu həftə “Aston Martin”in təzyiqindən qurtula bilər, amma mən ikincinin komandasının yerində olsam, iki sürücünü də yeni güc qurğusuna keçirərəm. Son iki yarış Braziliya və Əbu Dabidir. Hər iki qran-prinin trasları mühərrikə tələbkardır. Orada “Aston Martin” bu halda daha sürətli ola bilər. Çempionatda da altıncı yeri tutar.
Sabah yarışda hər şey ola bilər, amma “Mercedes” poul alsa, daha maraqlı yarış gözləyə bilərdik. İndiki halda Verstappen daha rahat qazana bilər. Çünki bu trasda həmişə güclü olub. 2017-də qazanıb, 2018-də qazanıb. 2019-da öz ağılsızlığından geriyə düşdü. 2021-ci ildə də rahat qazandı. Bəs sabah? Yarışı gözləyək.