Vüsalə Mahirqızı nədən təəssüflənir?
«APA Holdinq»in yeni layihəsi fəaliyyətə başlayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ONA altı dildə yayımlanacaq
Vüsalə Mahirqızı yeni layihəsindən danışdı
-
Agentlik ONA aiddir
Azərbaycanda yeni xəbər qurumu fəaliyyətə başlayır
-
«Mətbuatı günahlandırmaq yanlışdır»
Baş redaktorlardan etiraz
-
«İndi hər oxucunun öz saytı var»
Vüsalə Mahirqızı: «Hansı şirkət sosial media ilə daha yaxşı işləyə bilirsə, ...»
-
«Əgər jurnalistika obyektivdirsə, …»
Vüsalə Mahirqızı: «Media ilə sosial şəbəkələrin çox ciddi əməkdaşlıq etməsi artıq qaçılmazdır»
-
12 ildir tAPA bilmədiyi xəbər yoxdur
Yalan xəbərlərin tüğyan etdiyi məmləkətdə bir məsəl yaranıb: «APA yazıbsa, düzdür»
-
«Exit-poll»un nəticələri açıqlandı
Sorğuda nisbi xəta 0,4 faiz təşkil edir
-
«APA Holdinq»dən kütləvi işdənçıxmalar barədə deyilənlərin və yazılanların heç bir ciddi əsası yoxdur».
Lent.az-ın məlumatına görə, bunu «APA Holdinq»in prezidenti Vüsalə Mahirqızı «facebook» sosial şəbəkəsində səhifəsində bildirib.
Holdinq prezidentinin paylaşdığı açıqlamada daha sonra bildirilir: «Son günlərdə şirkətin cəmi iki əməkdaşı işdən ayrılmaqla bağlı müraciət edib.
Bəzi həmkarlarımızın «APA Holdinq»dən bir neçə jurnalistin işdən çıxması ilə bağlı yazdıqlarından təəssüflənirəm və qətiyyən, belə bir halın olmadığını bildirirəm.
Hazırda «APA Holdinq»də 300-dən çox jurnalist və yaradıcı şəxs çalışır. Onların əksəriyyəti ölkənin tanınmış imza sahibləri, istedadlı yazarları, informasiya texnologiyaları mütəxəssisləri və televiziya işçiləridir.
Bu günlərdə «APA Holdinq»in yeni layihəsi də fəaliyyətə başlayacaq. Bu layihə ilə bağlı xeyli tanınmış yazar artıq iş təklifimizi qəbul edib və sabahdan etibarən sıralarımızda olacaqlar.
Bütün həmkarlarımıza yaradıcılıq uğurları və sağlam rəqabət arzu edirik».