vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 4 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
15:13 | 15 fevral 2019 | Cümə Məqaləyə 2325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ONA altı dildə yayımlanacaq

Vüsalə Mahirqızı yeni layihəsindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın əməkdar jurnalisti Vüsalə Mahirqızı yeni layihəsi barədə xəbərləri təsdiqləyib. Keçmiş “APA-Holding”in rəhbəri “Real TV”-yə açıqlamasında yeni xəbər agentliyinin ONA (“Online News Agency”) adlanacağını bildirib.

Yeni xəbər agentliyi altı (Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni) dildə yayımlanacaq. V.Mahirqızı eyni zamanda Lent.az və Kulis.az portallarının da fəaliyyətini bərpa etməyə hazırlaşdığını qeyd edib.

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış “APA-Holding”in kollektivi əsasında formalaşdırılır.