

Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
Trampdan “HƏMAS”a son xəbərdarlıq: “Yalnız xəstə və azğınlar meyitləri gizlədir“
İsrail ordusu Livanın cənubunda “Hizbullah” liderinin vurulduğunu təsdiqləyib
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
ABŞ dövlət katibi satışı sürətləndirmək üçün bəyannamə imzalayıb
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
Həyəcanlı gözləmə davam edir
Terrorçuların Livan-Suriya sərhədindəki qaçaq məntəqələrə zərbələr endirib
İsraildə 3 avtobus dalbadal alovlanıb
ABŞ dövlət katibi Rubio İordan çayının qərb sahilindəki qeyri-sabitliyə görə İranı günahlandırır
Ölkələr arası əməkdaşlıq və regional hadisələr müzakirə olunub
“İstənilən pozuntuya qarşı qətiyyətlə hərəkət edəcəyik”
Dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə
Girovlar əsirlikdə öldürülüb
Fevralın 18-dək Livandakı əməliyyatlara son verməli olan İsrail ordusunun dünən gecədən əvvəl yerləşdirildiyi bölgələrdən geri çəkilməyə başladığı bildirilib.
Dövlət televiziya kanalı KAN İsrail ordusunun “Hizbullah” terror təşkilatının yenidən fəallaşmasının qarşısını almaq məqsədilə Livanın cənubunda qurduğu beş strateji postun fəaliyyətinin davam edəcəyini bildirib.
İsrail Ordusunun Şimal Komandanlığı ordunun iki ay yarım ərzində Livanın cənubunda fəaliyyət göstərdiyini, təmas xətti boyunca demək olar ki, bütün hədəflərə girərək axtarış apardığını və tapdığı silahları məhv etdiyini iddia edib.
İsrail ordusu açıqlamasında sözügedən beş məntəqənin "müəyyən müddətə" saxlanılacağını və Litani çayının cənubunda "Hizbullahın aktiv olmadığı təmin edilənə qədər” təhlükəsizliyi təmin edəcəyini bildirib.
Bildirilib ki, polis məntəqələrinə hücum ehtimalı nəzərə alınıb və müvafiq hazırlıq işləri görülüb.
Digər tərəfdən, ordunun sərhədin İsrail tərəfindəki hər yaşayış məntəqəsinin qarşısında postlar qurmağa başladığı və əksəriyyətinin tamamlandığı bildirilib.
İsrail hərbi rəsmilərinə istinadən xəbər verilir ki, Livan ordusu əvvəlkindən daha çox təşəbbüs göstərir.
İsrail ordusunun hesablamalarına görə, ölkənin şimal yaşayış məntəqələrində yaşayan israillilər martın 1-də geri qayıda bilər.
***
Saxlanılan 5 posta gəlincə ABŞ administrasiyası İsrail əsgərlərinin Livanın cənubundakı həmin strateji nöqtələrdə qalmasına icazə verib. Bu məntəqələr Hamamis, Əziyə, Uveyda, Lebbune təpələri və Balat dağıdır.
Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Atəşkəs rejiminə əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubunda tutduğu məntəqələrdən geri çəkilməli idi.
Lakin İsrail Livan ordusunun ölkənin cənubunun terrorçuların tam təmizlənmədiyini iddia edərək müddəti fevralın 18-dək uzadıb.
Livan Səhiyyə Nazirliyinin açıqlamalarına görə, “Hizbullah” terrorçuları ilə qarşıdurmada 79 nəfər ölüb, 267 nəfər yaralanıb.