vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
11:06 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 cəsəd alınacaq

Girovlar əsirlikdə öldürülüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail mediasının məlumatına görə, atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq, İsrail “HƏMAS” terror təşkilatının beş girovun cəsədini təhvil verməsini gözləyir.

“The Times of Israel” yazıb ki, razılaşma atəşkəsin 33-cü günü, cümə axşamı (fevralın 20-si) bəzi girovların cəsədlərinin İsrailə qaytarılmasını nəzərdə tutur.

Qəzet qeyd edib ki, beş nəfər əsir saxlanılarkən öldürülüb.

İsrailin Kan telekanalı ordunun cənazələri qəbul etmək üçün hazırlıqlara başladığını bildirib. Məlumata görə, cəsədlər səhər saatlarında İsrailə təhvil veriləcək və onlar ordunun təcili yardım maşınları ilə Əbu Kəbirdəki Ədli Tibb İnstitutuna aparılacaq.

Cəsədlərin şəxsiyyəti müəyyən edildikdən sonra həlak olanların ailələrinə məlumat veriləcək. Baş nazir Benyamin Netanyahunun ofisindən bu məsələ ilə bağlı hələlik heç bir təsdiq yoxdur.