vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
14:26 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqtonda Azərbaycan haqqında forum

Dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə

E.ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq İsrail telekanalı “i24NEWS” “ABŞ-dəki yəhudi lobbisi antisemitizmlə mübarizə aparan yeganə müsəlman dövləti olan Azərbaycanı dəstəkləyir” başlıqlı məqalə dərc edib.

Bildirilib ki, Vaşinqton şəhərinin Kolumbiya vilayətində yəhudi təşkilatları Konqresdə Qafqazda din azadlığına həsr olunmuş forum keçirib.

“Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutu məlumat verib ki, Azərbaycan müsəlman əhalisi çoxluq təşkil edən ölkələr arasında dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə olub”, – deyə məqalədə deyilir.

Bakı Səfərad İcmasının baş ravvini Zamir İsayev forumda Azərbaycanın mövqeyini təqdim edərək respublika hökumətinin yəhudilərə qarşı hər hansı təhdidi dövlətin sabitliyinə təhdid kimi qəbul etdiyini və yerli yəhudilərin özlərini təhlükəsiz hiss etdiklərini vurğulayıb.

Z.İsayev iştirakçıları, o cümlədən ABŞ nümayəndəsi Tim Kennedini Azərbaycana səfər etməyə və yəhudi-müsəlman simbiozunun nümunəsinin şahidi olmağa dəvət edib.

Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutunun hesabatında təsdiqlənir ki, Azərbaycan dərsliklərdən anti-İsrail ifadələrini çıxarıb və yəhudiliyin müsbət obrazlarını, o cümlədən yəhudi duaları və Holokost haqqında məlumatları daxil edib.

Hesabatda Azərbaycan dini tolerantlığı və müxtəlifliyi təşviq etməsi ilə fəxr edir və öz dəyərlərini qonşu İranın dəyərləri ilə müqayisə edir.