vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
10:51 | 8 mart 2025 | Şənbə Məqaləyə 125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınlar və Fizika

Onlar təbiətin özüdür

FİKRƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir gün şagirdim niyə fizika ilə daha çox kişilər məşğul olur və daha uğurludular deyə sual verdi.

Mis halqaya maqniti yaxınlaşdıranda halqa maqnitdən itələnir, uzaqlaşdıranda isə cəzb olunur.

Mis halqa nə istəyir özü də bilmir, adam demək istəyir ki bir qərar ver.

Maşın sürətini artıranda ətalət qüvvəsi bizə hərəkətin əksi istiqamətində təsir edir, tormozlananda isə hərəkət istiqamətində təsir edir. Sağa dönəndə biz sola, sola döndükdə isə sağa meyllənirik. Yenə adam demək istəyir ki, bir qərar ver.

Maqnit seli artanda induksiya cərəyanının yaratdığı maqnit sahəsi maqnit selini azaltmağa çalışır, artanda isə azaltmağa çalışır. Adam demək istəyir ki, bu nə inadkarlıqdır belə?!

Eləcə də gözəl qadınlar.

Qısqandıqda güvənmirsən deyir, qısqanmadıqda sevmirsən deyir.

Diqqət göstərəndə bezirlər, göstərməyəndə soyuyurlar.

Yaxınlaşanda uzaqlaşırlar, uzaqlaşanda yaxınlaşırlar. Adam yenə demək istəyir, xanımlar bir qərar verin.

Şagirdim niyə kişilər daha çox fizika ilə məşğul olur soruşanda cavab verdim.

“Çünki Fizika özü qadındır. Kişilər isə hər an qadınları kəşf etməli olurlar”.

Qadınlar təbiətin özüdür. Kişi təbiət ovçusu, tədqiqatçısı, səyyahı, rəssamıdır.

Qadınlar həyatı qəlizləşdirən varlıqlardır düzdür. Amma kişilər də asan olan şeyləri sevmir.

Baş bəlası olmağa davam edin, nə deyirik ki...