

Alimlər günəş istiliyinin zəlzələlərə təsirini qeyd edirlər
Alimlər kosmik obyektin ətrafında davamlı olaraq partlayışların baş verdiyini deyirlər
Yaxud 50 sözlük məktubla tarixə düşən gənc qız
Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
“James Webb”in tapıntıları planetlərin əmələ gəlməsi ilə bağlı fərziyələri silə bilər
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
Alimlər yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açmağa yaxındır
Amma torpağın 11-20 km dərinliyində
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
İlk peyk gələn il orbitə buraxılacaq
NASA-nın “Perseverance” kosmik gəmisi Marsda qədim həyatın mümkün əlamətlərini aşkar edib
“James Webb” “Super Yupiter”in fotolarını çəkib
Qara dəliklərin böyük dilemmasının cavabı qaranlıq maddədə ola bilər
Alimlər qısa müddət ərzində axşam saatlarında Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturnun eyni vaxtda görünəcəyini açıqlayıblar.
“Planet paradı” adlanan nadir hadisə, planetlər müəyyən bir düzülmə meydana gətirdikdə baş verir. Bu mənzərə 2040-cı ilə qədər bir daha belə aydın müşahidə olunmayacaq.
Mütəxəssislər bildiriblər ki, planetləri ən yaxşı şəkildə görmək üçün çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmanı izləmək lazımdır.
Qeyd olunub ki, Merkuri, Venera, Yupiter və Mars adi gözlə görünəcək, lakin Saturnu üfüqə yaxın olduğu üçün görmək çətin olacaq və Uran və Neptunu müşahidə etmək istəyənlərin teleskopa ehtiyacı olacaq.
Venera və Yupiter parlaqlıqları sayəsində ən asanlıqla nəzərə çarpan planetlər arasındadır. Mars digərlərindən fərqli qırmızı rəngi ilə seçilə bilər. Planetləri ən yaxşı şəkildə müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu və üfüqün aydın göründüyü yerə getmək tövsiyə olunur. Alimlər deyirlər ki, gözlərinizin qaranlığa alışması üçün ən azı yarım saat gözləmək lazımdır, eyni zamanda telefon ekranına baxmaqdan da çəkinmək lazımdır.