

Bir müəllim dünyanı necə dəyişə bilər sualının möhtəşəm cavabı
... Yaxud Üsküdarlı Bilgə Yusiflə və yunan balıqçı Stelyonun hekayəsi
Avropa mədəniyyətinin pərəstişkarı olan Türkiyə cümhuriyyətinin qurucularından İsmət İnönünün Avropa xatirələri
Suriya hökuməti kürd məsələsini diplomatik yollarla həll etməyin tərəfdarıdır
Yaxud Süleymaniyə məscidi, Səfəvi dövlətinin qiymətli daşları və xoş niyyətə qarşı təkəbbür
Atatürkü özündən çıxaran qətl və şəriət hakimiyyəti istəyən xurafatçı “dərviş”
İran türkiyəli sürücülərə qarşı tətbiq etdiyi qaydadan geri çəkildi
Meyiti 10 il basdırılmayan, Osmanlı imperiyasının sonuncu xəlifəsi
Rəcəb Yazıcıoğlunun idarəçilik metodları Türkiyə universitetlərində tədris olunur
Başqa yol yoxdur, axtarmağa da dəyməz
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
Baydenin şam yeməyinə qatılmayıb
6 ölkə diqqət mərkəzindədir
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
1996-cı ilin sonlarına doğru aylıq müəllif proqramı hazırlamaq üçün AzTV rəhbərliyi qarşısında məsələ qaldırdım. Bu, bir təklif idi. Məqsədim Türkiyəni daha yaxından tanıtmaq, “Xəbərlər” proqramının formatı xaricində ən az yarım saatlıq filmlər çəkməkdi.
Televiziyanın o vaxtkı sədri əvvəlcə həftələrlə təklifimə cavab vermədi, daha sonra isə proqramın adı və formatı ilə bağlı mənim irəli sürdüyüm variantları bəyənmədiyini söylədi.
Proqrama “Bilmədiyimiz Türkiyə” kimi bir neçə münasib ad fikirləşmişdim. Heç biri keçmədi, məni Ankaradan çağırtdırıb qəbul otağında saatlarla gözlədəndən sonra çağırdı. Uzatdığı kağızda “Türkiyə İbrahim Nəbioğlu ilə” yazılmışdı.
Kağıza baxıb “Axı bu Mərkəzi Televiziya efirə gedən “Америка с Михаилом Таратутой” verilişinin adına bənzəyir” dedim. “Mən qərarımı vermişəm” söyləyərək otağından çıxdı.
Ovqatım təlx olmuşdu, çünki bu adın onun ağlına gəlmədiyini adım kimi bilirdim. Ətrafındakı quyruq bulayanlardan birinin təklifi idi ehtimal ki. Çünki inanmırdım ki, o, Taratutanın heç olmasa bir proqramını izləsin...
Taratuta 1988-1999-cu illərdə Mərkəzi Televiziyanın ABŞ-dakı xüsusi müxbiri idi.
Paralel olaraq o, 1992-1995-ci illərdə Rusiyanın 1-ci Kanalı üçün “Mixail Taratuta ilə Amerika” adlı orijinal və maarifçi proqram hazırlamağa başladı. Hazırladığı proqramlar o dövrə öz damğasını vurmuşdu. Materiallar nə qədər “ütülənib ələnsə” də sovet insanı ABŞ-ın şəksiz ehtişamı ilə gücünü görür, Sovetin hansı səbəblərdən dağıldığını anlayırdı.
Taratuta xaricdə Sovet televiziyasına 11 il, mən isə AzTV-də 10 il çalışdım.
O, “Mixail Taratuta ilə Amerika” seriyasından 100-ə yaxın veriliş hazırlamışdı.
Mən isə “Türkiyə İbrahim Nəbioğlu ilə” seriyası üçün cəmi 6 film çəkə bildim.
6-cı filmdən sonra AzTV-nin sədri zəng edərək “Bizə belə filmlər maraqlı deyil” dedi.
Verilişi bağladılar. Halbuki bütün ezamiyyət xərcləri, montaj və studiya xidmətləri üçün doğma televiziyamız bircə qəpik də ayırmamışdı. Hər şeyi mənim buradakı dost-tanışlarımın köməyi ilə edirdim. Məsələn, “Türkiyə İbrahim Nəbioğlu ilə, Van” filmini çəkəndə operatorumla günlərlə Vanda çalışan həmyerlimiz, kardioloq, tibb elmləri namizədi Faiq Mustafaoğlunun evində qalmış, onun Valilikdən götürdüyü rəsmi maşınla səyahət etmişdik. Gənc idim, iddialı idim və təəssüf ki, idealist idim, vacib bir iş gördüyümə inanırdım...
O vaxtkı televiziya rəhbərliyindən biri “Nə var e Vanda? Neynirik biz Vanı?” deyə sual vermişdi mənə.
Ona “Van Urartu dövlətinin paytaxtı olub” deməyə qorxdum. Qorxdum ki, birdən “Urartu nədir?” deyə soruşa...
2025-ci ilin ilk günündən evdəki karton yeşikləri töküb 1992-ci ilin sonundan indiyə qədər yazdığım məqalələri, köşə yazılarını, xəbərləri, senariləri təsnif etməklə məşğulam. Dostlarımın illərdir sürən təkidlərindən sonra deyəsən, “buz tərpənib”, yəqin ki, minlərlə səhifəlik bu arxivdən bir şəkildə nəsə hazırlamalı olacam. Material çoxdur və nəsə gözüm yaman qorxur…
İşim həqiqətən asan deyil, çünki yeşiklərdə çox çeşiddə o qədər material var kı:
– AzTV üçün xəbər mətnləri;
– BBC üçün radio xəbərləri və müsahibələr;
– Zerkalo/Ayna qəzetləri üçün məqalələr;
– Avrasiya qəzetinə yazdığım köşə yazılarım;
– Panorama qəzeti üçün köşə yazılarım;
– Müxtəlif saytlar üçün yazdığım xəbər və analitik yazılar;
– Sənədli filmlərimin senariləri;
– Tərcümələrim;
– Türk qəzetlərində çıxan məqalələrim
və s. və s.
Başlamışam və sanki geriyə yol yoxdur…