Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
09:49 | 16 yanvar 2025 | Cümə axşamı
Məqaləyə 965 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Təəssüf ediləsi haldır ki, əksər media resurslarımız, deputatlarımız, siyasi şərhçilərimiz ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinkenin imzaladığı “Ermənistan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında Xartiya”nı səhvən müqavilə, saziş kimi təqdim edirlər.
Lakin bu sənəd sadəcə və sadəcə, xartiyadır, vəssalam. Müqavilə deyil, saziş deyil.
Odur ki, terminlər məsələsində diqqətli olmalıyıq. Çünki terminlərin düzgün seçilməməsi yanlış yozumlara, düzgün olmayan siyasi şərhlərə gətirib çıxarır.
Blinkenlə Mirzoyan strateji tərəfdaşlıq haqqında müqavilə imzalaya bilməzdilər. Çünki onların heç biri dövlət, hökumət başçısı deyil. Bu cür yüksək ranqlı sənədləri yalnız dövlət və hökumət başçıları imzalaya bilər.
Blinken və Mirzoyanın imzaladığı sənəd isə hüquqi öhdəliyi olmayan sənəd sayılır. Çünki bir daha qeyd edirəm, bu sənəd sadəcə xartiyadır, müqavilə deyil.
Xartiyanın hüquqi statusu nədən ibarətdir?
“Xartiya” (“chartes”) sözü yunancadan tərcümədə “kağız”, “fərman”, “bəyannamə” deməkdir. Beynəlxalq hüquqda isə “xartiya” – yalnız ümumi prinsipləri və məqsədləri ifadə edən, lakin hər hansı hüquqi qüvvəyə malik olmayan sənəd tipi hesab olunur.
Odur ki, Ermənistan mediasının və Paşinyanın komandasının Blinken-Mirzoyan xartiyasını az qala “Bibliya” səviyyəsinə qədər şişirtmələrinə fikir verməyin. Boş-boş danışırlar. Onların propoqandası üfürülmüş şara bənzəyir.
Yeri gəlmişkən, bu xartiyanın hüquqi öhdəliyi, inzibati məcburiyyəti olmadığına görə bu sənəd nə ABŞ Konqresində, nə də Ermənistan parlamentində ratifikasiya ediləcək. Ancaq müqavilə olsaydı, mütləq ratifikasiya edilməli idi.
P.S. ABŞ qoşunları bu xartiyaya əsaslanaraq regiona daxil ola bilməzlər. Çünki yuxarıda qeyd etdiyim kimi xartiyanın hüquqi statusu buna imkan vermir. Trampın isə səlahiyyətlərinin icrasına başladıqdan sonra Cənubi Qafqaza ABŞ hərbçilərini göndərmək kimi bir hədəfi yoxdur. Və Ermənistan da Trampın prioritetlərinə daxil deyil. Rusiya və İranı isə Ermənistanın dəstəyi olmadan da neytrallaşdırmaq mümkündür.