vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TEXNİKA  
07:06 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerdən 12 işıq ili uzaqlıqda

“James Webb” “Super Yupiter”in fotolarını çəkib

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yerdən təxminən 12 işıq ili uzaqlıqda yerləşən “Super Yupiter” adlanan ekzoplanetin fotosunun ABŞ Aeronavtika və Kosmos Agentliyinə məxsus “James Webb” Kosmik Teleskopu ilə çəkildiyi bildirilib.

NASA-dan verilən yazılı açıqlamaya görə, Almaniyadakı Maks Plank Astronomiya İnstitutunun tədqiqatçıları nəhəng ekzoplaneti araşdırıblar.

Tədqiqatçılar qeyd ediblər ki, kütləsi Yupiterdən bir neçə dəfə böyük olan “Epsilon Indi Ab” adlı ekzoplanet “birbaşa fotoşəkil çəkilmiş ən soyuq ekzoplanetlərdən biridir”.

Tədqiqatın müəlliflərindən olan Elizabet Metyus (Elisabeth Matthews), Günəşə bənzəyən “Epsilon Indi Ab” adlı K tipli ulduzun ətrafında fırlanan ekzoplanetin planetlər arasında Yupiterə ən çox bənzədiyini, lakin ondan daha böyük olduğunu bildirdi.

Metyus, təxmini temperaturu 2 dərəcə Selsi ilə “Super Yupiter” olaraq xarakterizə edilən “Epsilon Indi Ab” kimi soyuq planetlərin təsbit edilməsinin daha çətin olduğunu vurğulayıb.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.