
NASA xəbərdarlıq etdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
“James Webb”in təəccüblü Pluton kəşfi
Alimlərin Qırmızı Planeti yaşıllaşdırma planı
Astronomlar 13,4 milyard işıq ili uzaqlıqda yerləşən və kainatın ilk çağlarında meydana gəldiyi düşünülən qalaktikada oksigen və ağır metallar kimi elementlərin varlığını təsbit ediblər. Bu kəşf göstərir ki, qalaktikalar kainatın ilkin mərhələlərində gözləniləndən çox daha sürətli inkişaf edib.
***
“CNN International”ın məlumatına görə, “JADES-GS-z14-0” adlanan bu nəhəng və parlaq qalaktika 2024-cü ilin yanvarında “James Webb” Kosmik Teleskopu tərəfindən aşkar edilib.
Teleskopun infraqırmızı müşahidələri sayəsində alimlər Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranan bu qalaktikanı müşahidə edə bildilər.
Çilidə yerləşən “Atacama Large Millimeter/submillimeter Array” (ALMA) teleskopu ilə aparılmış əlavə müşahidələr qalaktikada oksigen və ağır metalların olduğunu aşkar edib.
Elementlərin belə erkən yaşda tapılması astronomları heyrətləndirdi.
***
Kəşflə bağlı araşdırmalardan biri “The Astrophysical Journal”da dərc olunub. Araşdırmanın aparıcı müəllifi, Leiden Universitetindən astronom Sander Şous tapıntılara bərədə, “Bu, körpə gözlədiyiniz yerdə yeniyetmə tapmaq kimi bir şeydir. Nəticələr göstərir ki, qalaktika çox tez formalaşıb və sürətlə yetkinləşib. Bu, kainatın ilk dövrlərində qalaktikaların gözləniləndən çox daha sürətli formalaşdığına dair artan sübutları daha da çoxaldır”, – deyib.
***
“JADES-GS-z14-0” təkcə uzaqlığı ilə deyil, həm də parlaqlığı ilə diqqəti cəlb edir. “James Webb” Teleskopu tərəfindən tədqiq edilən 700 uzaq qalaktikalar arasında ən uzaqda olmasına baxmayaraq, üçüncü ən parlaq qalaktika olaraq qeyd edilib.
Bununla belə, elm adamları ilkin kainatda qalaktikaların daha kiçik və daha zəif olacağını gözləyirdilər. Şous vəziyyəti izah edib: “Erkən kainatdakı qalaktikalar “Hubble” və “JWST” kimi məşhur qalaktikalardan çox fərqlidir. Onlar çox daha yığcam, qazla zəngin və diffuz görünürlər. Şərait çox daha ekstremaldır, çünki böyük miqdarda ulduz kiçik həcmdə sürətlə formalaşır”.
Bu kəşf ilkin kainatda qalaktikaların əmələ gəlməsi prosesləri ilə bağlı yeni suallar doğurur və qalaktikaların necə bu qədər sürətlə inkişaf etdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu göstərir.