vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜBHƏM  
17:46 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ginnesin rekordları”na düşən kəndirbaz

Nigara şəlaləsinin üzərindən keçmək üçün 10 minlərlə tamaşaçının tulladığı zibili, siqaret kötüyünü yığıb

Y.CƏFƏRLİ

Nik Vallendanın (Nik Wallenda) şəcərəsi sirklə bağlıdır. Onun ulu babası və iki qohumu tryuk göstərən zaman həlak olublar. Özü iki yaşından sirkdə valideynləri ilə çıxış edib. Dörd yaşından kanat üzərində gəzməyə başlayıb.

2011-ci ildə 41 metr hündürlükdə kanatın üzərində velosipedlə 76 metr gedərək Ginnesin rekordlar kitabına düşüb. Elə həmin il anası ilə birlikdə Puerto-Rikoda yerləşən “Condado Plaza” hotelinin iki qülləsi arasında çəkilən kanatdan keçdi. Onun ulu babası Karl 73 yaşında məhz bunu etməyə çalışarkən həlak olmuşdu.

Vallenda Niaqara şəlaləsi üzərindən kanatla keçmiş ilk adamdır. O, bu hüququ əldə etmək üçün Kanada tərəfi iki il məhkəmə çəkişməsi apardı. Nəhayət, qalib gəldi, amma təhlükəsizlik trosundan istifadə etmək şərti ilə. 2012-ci iki iyunun 12-də ömründə ilk dəfə təhlükəsizlik trosundan istifadə edən Vallenda Niaqara şəlaləsini keçdi. Hadisədən sonra Vallenda və komandası onminlərlə tamaşaçının tulladığı zibili, siqaret kötüklərini yığışdırdılar. Bu da məhkəmənin şərti idi.

Böyük kanyonu isə bir il sonra, 2013-cü ilin iyununda, təhlükəsizlik tədbirləri olmadan keçdi. Bu zaman o, karyerası ərzində ən yüksək hündürlükdə addımladı – 460 metr. Qət etdiyi məsafə isə 430 metr idi. Onun bu tryukunu canlı yayında 13 milyon tamaşaçı izlədi.