

“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
AB Şurasının sədri Antonio Kosta nəticədən məmnun qaldığını deyib
10 saatlıq sammitdə Ukraynaya cəmi 15 dəqiqə vaxt ayrıldı
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi AB üçün yoxolma təhlükəsidir”
AB liderlərinin Brüsseldə keçirilən sammiti Orbanın veto qoyması ilə başa çatıb
Trampın müttəfiqlərinin Zelenskinin siyasi rəqibləri ilə görüşdüyü iddia edilir
Liderlər Trampın təzyiqi fonunda Ukraynanın gələcəyini müzakirə etmək üçün görüşür
Ukraynadan NATO-ya xəbərdarlıq, “Reuters”ə verilən müsahibədə hərbi sirlər açılıbmı?
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Zelenski Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransı keçirib. Ukrayna prezidenti Avropa liderləri ilə son danışıqlarında onlara Avropadan güclü mesaj verildiyini və yaxın bir neçə həftə ərzində Böyük Britaniya da daxil olmaqla daha çox danışıqların aparılacağını bildirib.
Zelenski vurğulayıb ki, danışıqlarda ABŞ-dan yardımın azalacağı və ya başqa bir vəziyyət yaranarsa, Avropanın Ukraynaya kömək etmək üçün nə etməyə hazır olduğu müzakirə edilib və onların Avropadakı müttəfiq mövqeyinə arxayın olması lazımdır.
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü üçün ortaq görüşün planlaşdırıldığını bildirən Zelenski Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə apardığı danışıqlarla bağlı da dəyərləndirmələr aparıb. Zelenski çıxışında Ankaranın Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcəyi təklifinə toxunub.
“Trampın ətrafında dezinformasiya dairəsi var”
Ukrayna lideri Trampın dünən verdiyi, “Bizim Ukraynada elə bir vəziyyətimiz var ki, orada seçki yoxdur... hərbi vəziyyət var... Ukraynada lider, bunu deməyə nifrət edirəm, onun bəyənmə reytinqi 4 faizə düşüb”, açıqlamasına cavab verib.
Zelenski, xalqının 58 faizinin ona lider kimi etimad göstərdiyini göstərən sorğuya istinad edərək, hazırda kimsə onu lider kimi əvəz etmək istəsə, bunun nəticə verməyəcəyini söylədi.
Zelenski ölkəsinin Rusiyadan çoxlu dezinformasiyaya məruz qaldığını da söyləyərək, “Təəssüf ki, prezident Tramp, böyük hörmət bəslədiyimiz bir xalqın lideri olaraq şəxsinə böyük hörmətimiz var. Amma o, dezinformasiya köpüyündə yaşayır”.
Zelenski qeyd edib ki, Trampın 4 faizlik reytinqi ilə bağlı dezinformasiyanın Rusiya tərəfindən yayılmasına dair dəlilləri var və bu rəqəmlər ABŞ ilə Rusiya arasında müzakirə olunur.
“Bütün bunlar narahatlıq doğurur. Onların etdikləri hər şey Ukraynanın zəif olduğuna əmin olmaq üçündür”, – Ukrayna lideri bildirib.
“Əslində ən çox yardım başqa yerlərdən gəlirdi”
Tramp administrasiyasının ABŞ-ın Ukraynaya ən çox yardım etdiyi barədə bəyanatlarını rədd edən Zelenski heç bir ad çəkmədən “əslində (ən çox yardımın) başqa yerdən gəldiyini” deyib.
Zelenski yardım və dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib və “Tramp komandasının real məlumatlarla təchiz olunmasını” arzuladığını bildirib.
ABŞ-ı Rusiyanın beynəlxalq təcriddən çıxmasına kömək etdiyinə görə tənqid edən Zelenski, Moskva administrasiyasının bundan məmnun olduğunu və özünü “qurban” kimi göstərməyə çalışdığını söylədi.
Ukraynada baş verənlərin münaqişə deyil, “Putinin onlara qarşı müharibəsi” olduğunu qeyd edən Zelenski, Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşdə Ukraynanın işğalını münaqişə kimi qələmə verərək “yumşaldıldığına” diqqət çəkib.
Zelenski ABŞ-ın Ukraynaya 500 milyard dollar verdiyi iddiaları təkzib edib: “Mən Ukraynanı sata bilmərəm”.
Mineral sərvətlərlə bağlı razılaşma çərçivəsində “mədənlərin geri qaytarılması” ideyasının əleyhinə olduğunu da bildirən Zelenski, “Ciddi söhbət olmadı. Ancaq təhlükəsizliyi təmin edən ciddi sənədlər üzərində işləməyə hazıram. Razılaşaq. İnvestisiyaya uyğun paylaşaq, amma təhlükəsizlik zəmanətinə ehtiyacımız var”, – deyib.
Hər kəsin qələbə istədiyinə diqqət çəkən Zelenski, “Baxın, Tramp da qalib gəlmək istəyir, biz də Ukraynanın qalib gəlməsini istəyirik. Amma burada dəqiq bir vəziyyət yoxdur. Faizləri bir kənara qoyaq. Mənim də təklifim budur. Mən Ukraynanı qorumalıyam. Ölkəmi sata bilmərəm”, – deyib.
NATO-nun istənilən razılaşmanın təbii qarantı olduğunu deyən Zelenski əlavə edib: “Biz bu il təhlükəsizlik zəmanəti istəyirik. Müharibənin bu il bitməsini istəyirik. Bilirəm ki, hər dəfə NATO deyəndə bu sözü işlətməməyimi istəyirlər, amma biz oradayıq. Ukraynalılar oyun oynamır. Biz pərdə arxasında sövdələşmələr aparmırıq. Rusiya dinləsə də, dinləməsə də, istədiyimizi deyirik”.
Müharibənin ilk dövründəkindən daha güclü olduqlarını qeyd edən Zelenski, “Rusiyanın müharibədəki rolunu ört-basdır edə bilməzsiniz. Rusiya günahkar olaraq qalır. Onları pul kimi yuyub, məsuliyyətlərini ört-basdır edə bilməzsiniz. İnanırsınız ki, hər şeyi razılaşmalarla həll edə bilərsiniz, amma bu mümkün deyil. Ukraynada heç kim Putinə güvənmir. Bizə açıq təhlükəsizlik zəmanəti lazımdır”.
Zelenski ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukraynaya səfəri zamanı ictimaiyyətlə danışmağı tövsiyə edib və ondan Tramp haqqında insanların fikirlərini soruşmasını istəyib.
Zelenski NATO-nun Ukrayna üçün ən güclü təhlükəsizlik zəmanəti olduğuna diqqət çəkərək, “Mənə hava hücumundan müdafiə sistemli ABŞ əsgərlərinə qətiyyən ehtiyacım yoxdur. Sistemləri idarə edəcək adamlarımız var. Amma raket və ya “Patriot” hissələri istehsal etmək üçün lisenziya ala bilirikmi? Yanlış budur”, – deyib.
Ukrayna ordusunun maliyyələşdirilməsi ilə bağlı Avropa Birliyi (AB) ilə danışdığını bildirən Zelenski, AB-nin bu danışıqlara hazır olduğunu, lakin digər variantlar üzərində də çalışdığını bildirib.
Zelenski əlavə edib ki, onlar ABŞ-dan silah almağa hazırdırlar.