vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:54 | 23 fevral 2025 | Bazar Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tramp əbədi deyil”

Zelenski: “Bizə hələ uzun illər davam edəcək sülh lazımdır”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib. Vladimir Zelenski deyib ki, o, sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə bilər, lakin ABŞ-ın prezident Trampın müdafiə etdiyi məbləğdə borcu yoxdur.

Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verəcək.

Zelenski bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna sülh danışıqlarında iştirak etməlidir.

Sabah Kiyevdə sammitin keçiriləcəyini bildirən Zelenski 13 tərəfdaşın Kiyevə gələcəyini, 24-nün isə onlayn şəkildə görüşə qatılacağını bildirib.

***

Prezident Donald Trampın iddia etdiyi məbləğdə ABŞ-a borclu olmadıqlarını vurğulayan Zelenski, Ukraynanın ABŞ-dan 350 milyard deyil, 100 milyard dollar yardım aldığını bildirib.

“Mən Baydenin bunun qrant olması fikri ilə razılaşıram. Qrant borc deyil. Biz tərəfdaşlarımıza böyük hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik”, – Zelenski bildirib.

***

Zelenski həm ABŞ, həm Ukrayna, həm də xalqı üçün sərfəli bir müqavilənin imzalanmasının vacibliyini bildirib və təhlükəsizlik zəmanətlərinin yalnız ABŞ-ın sözləri ilə deyil, açıq şəkildə müqaviləyə daxil edilməsinin vacibliyini vurğulayıb.

“Tramp əbədi deyil və bizə isə uzun illər davam edəcək sülh lazımdır”, – Zelenski bildirib. dedi.

***

Zelenski vurğulayıb ki, əsas məqsəd Putini müharibənin qaynar fazasına son qoymağa məcbur etməkdir. Prezident Zelenski deyib ki, Trampın “diktator” ifadəsini işlətməsindən inciməyib, çünki o, “diktator” deyil.

Zelenski ölkəsində hərbi vəziyyət başa çatdıqdan sonra seçkilərin keçiriləcəyini vurğulayaraq, “Mənim üçün ən önəmlisi ukraynalıların mənim haqqımda nə düşündükləridir”, – dedi.

20 Patriot hava hücumundan müdafiə sisteminə ehtiyac olduğunu deyən Zelenski onların dəyərinin təxminən 35 milyard dollar olduğuna diqqət çəkib.

Zelenski ölkəsində “Starlink”in bağlanmasının doğru olmayacağını və bu fürsət olmasa çətin anlar yaşayacaqlarını bildirib.