

Cənubi Koreyadakı səhv nəticəsində 15 nəfər yaralanıb
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
“Əsir düşsəniz, ailəniz edam olunacaq”
Cənubi və Şimali Koreya arasında humanitar yardım proqramı dayandırılıb
FTB Şimali Koreyanı tarixin ən böyük virtual valyuta qarətinə görə məsuliyyət daşımaqda ittiham edir
Şimali Koreya Rusiyaya yenə əsgər göndərib; Peyk görüntüləri ortaya çıxdı
Şimali Koreya uzun fasilədən sonra qapılarını turistlər üçün açıb
MSMT üzvləri adından bəyanat yayıldı
Rusiya əsgərləri müalicə üçün Şimali Koreyaya göndərilib
Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi
Putini təhqir edən müğənni evinə polis basqını zamanı ölüb
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Şimali Koreya ilk dəfə olaraq uranın zənginləşdirilməsi obyektini ictimaiyyətə açıqladı
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
Kim Çen Inın dünənki səs-küylü bəyanatına qarşı Seulda üçlü zirvə görüşü
Kim Çen In: “Şimali Koreya məsuliyyətli nüvə dövlətidir”
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) bu gün verdiyi xəbərə görə, Şimali Koreya lideri Kim Çen In ölkəsinin güclü ordu quruculuğunda uzun bir yol keçdiyini, lakin ideologiyası olmayan silahların sadəcə “dəmir parçaları” olduğunu bildirib. Kim Çen In elit hərbi briqadalar qarşısında çıxışında ölkəyə sadiqliyini vurğulaybı.
Kimin Kim İr Sen adına Siyasət Universitetində etdiyi şərhlər, ölkədə artan siyasi qeyri-müəyyənlik fonunda, Ukraynaya qarşı müharibədə Rusiya ilə birlikdə döyüşən 10.000-dən çox Şimali Koreya əsgərinin ağır itki verdiyi barədə yayılan xəbərlər bağlı danışıb. Kim bildirib ki, Şimali Koreya ordusu dünyanın ən güclü ordusuna çevrilməyi hədəfləyir və bu missiyanın diqqət mərkəzində “Partiyanın və Xalq Ordusunun siyasi, ideoloji, mənəvi və əxlaqi fəzilətləri” olmalıdır.
“İdeologiyasız silahlar sadəcə dəmir parçalarıdır... Ordu quruculuğu zamanı ordunun siyasi, ideoloji və mənəvi cəhətdən güclü olmasına həmişə və tamamilə üstünlük verilməlidir. Dövlət bunu tələb edirsə, çətinliklərin öhdəsindən gəlməkdə və xoşbəxtliyi qurban verməkdə misilsiz sədaqət və qəhrəmanlıq xalqımız tərəfindən yüksək qiymətləndirir”, – deyə Kim bildirib.
Kim çıxışında ABŞ və Cənubi Koreyanın regional gərginliyin artmasına görə məsuliyyət daşıdığını deyib. ABŞ prezidenti Donald Tramp Kimlə əlaqə saxlayacağını desə də, qarşı tərəf, daha çox nüvə silahı yaratmaq da daxil olmaqla, əks tədbirlər görəcəyini vəd edib.
Xarici mətbuatın məlumatına görə, Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi göstərməsi iddialarını rəsmən qəbul etməyib.