vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:52 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya seçim etməlidir ...

... Yaxud “səhvdən” necə çıxmalı?

D.ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün üçüncü ildönümü qeyd edildi. Bu zaman ərzində çox şeylər dəyişib və Ukrayna prezidenti Vladimir Zelenskinin də dediyi kimi, indi nə Rusiya o zamankı kimi güclü, nə də Ukrayna o vaxtlı kimi zəif deyil. Bunu Moskvada da anlayırlar. Kremldə müharibənin dayandırılması imkanları və müharibədən sonrakı dövr üçün planlar ilə bağlı məsləhətləşmələr aparılır.

Orada indi demək olar ki, hər kəs Ukrayna ilə müharibənin başlamasını böyük səhv hesab edir. Amma bu “səhvdən” necə çıxmaqla bağlı fikirlər haçalaşır. Ölkə rəhbərliyinin son vaxtlara qədər “qırğılar” hesab edilən hissəsi təkid edir ki, müharibəyə başlamaq yanlış qərar olsa da, ondan çıxmaq “qələbə kimi qəbul edilə biləcək nəticələr” gətirməlidir. Hərbi əməliyyatlara tez son qoymağı müdafiə edənlər isə daha çox mümkün qarşılıqlı güzəştlərlə yekunlaşdımanı düşünür, müharibədən sonrakı yaxın gələcək üçün planlar qururlar.

Artıq aydındır ki, ABŞ prezidenti Donald Tramp Avropa və bir sıra digər ölkələrin sanksiyalar təzyiqinin yumşaldılmasına zəmanət verə bilməz və Avropa Birliyi və Böyük Britaniyanın yeni tətbiq etdiyi sanksiyalar fonunda Rusiya üçün böhrandan tez bir zamanda çıxmaq daha çox problemə çevrilir. Rusiya rəhbərliyi öz problemlərinin və səhvlərinin məngənəsində qalıb. Bir tərəfdən, ABŞ prezidenti Donald Trampın müharibədən çıxmaq təklifləri Rusiya rəhbərliyini kifayət qədər şirnikləndirir, lakin bu, Avropa tərəfindən sanksiyaların ləğvinə zəmanət vermir və müvafiq olaraq Rusiya iqtisadiyyatında və maliyyə sistemində böhrandan çıxmaq üçün heç bir perspektiv təmin etmir. Digər tərəfdən, müharibənin davam etdirilməsi yalnız bu böhrana qərq olmağı sürətləndirəcək və vəziyyəti idarəolunmaz hala gətirəcək. Yaxın bir neçə ay ərzində həll yolu tapılmalıdır, əks halda əksər Rusiyalı iqtisadçı ekspertlərin də dedikləri kimi, ölkə iqtisadiyyatında kəskin eniş qaçılmaz olacaq.