vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TÜRK DÜNYASI  
22:20 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanı təkcə Türkiyə dayandıra bilər

Turanın yaranması Çini də silkələyərdi

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa ilə Asiyanın arasında yerləşən Türkiyə Bolqarıstan, Yunanıstan, Gürcüstan, Azərbaycan, İran, Ermənistan, İraq və Suriya ilə həmsərhəddir. Egey, Qara və Aralıq dənizində dominant mövqeyə sahibdir. Hərbi baxımdan ABŞ-dan sonra NATO-nun 2-ci ən böyük güc mərkəzidir. Türkiyənin hərbi sənayesi isə möcüzələr göstərir. Zatən Türkiyə hərbi baxımdan nəyə qadir olduğunu Qarabağ və Suriyada bütün dünyaya sübut etdi...

Rusiya-Ukrayna müharibəsindən dolayı D.Tarmpın yeritdiyi siyasət Türkiyəyə olan marağı, daha doğrusu ehtiyacı kəskin şəkildə artırdı. ABŞ, Avropa İttifaqı, Yaxın Şərq, Rusiya, Çin, hətta müstəmləkəçilərin ağlar günə qoyduğu Afrika ölkələri belə Türkiyəni öz yanında görmək istəyir. Xüsusən Amerika tərəfindən atılmış Avropa İttifaqı Türkiyəyə getdikcə daha çox xilaskar kimi baxır. Mübaliğəsiz demək olar ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi Türkiyəyə göstərsəydi Rusiya çoxdan darmadağın olmuşdu...

Ümumiyyətlə, Rusiyanı dağıda biləcək ölkə Ukrayna yox, Türkiyədir. Qərb mütləq Rusiyanı dağıtmaq istəyirsə, Turan dövlətinin yaranmasına açıq şəkildə dəstək verməlidir. Turanın yaranması təkcə Rusiyanı yox, Çini də silkələyərdi. Hər iki ölkəni daha təmkinli siyasət yürütməyə vadar edərdi...

Heç şübhəsiz ki, Türkiyənin getdikcə kəskin şəkildə güclənməsi, geosiyasi oyunlarda vaz keçilməz oyunçuya çevrilməsini ermənilər də görür. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bütün parametrlər baxımından Ermənistandan güclüdür. Və Azərbaycanın arxasında onun özündən də dəfələrlə güclü olan Türkiyə dayanıb. Ən azı bu səbəbdən Ermənistanın Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tələbini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Cənubi Qafqazda ermənilərin və Ermənistanın mövcudluğuna qarantiyanı yalnız və yalnız Azərbaycan və Türkiyə verə bilər. Bunun üçün isə Ermənistan hər iki türk dövləti ilə xoş münasibətdə olmalıdır. Ukraynaya son münasibət Qərbin nə qədər sürüşkən mövqedə olduğunu bir daha ortaya qoydu. Bir daha sübut olundu ki, Ermənistanın Qərbə, xüsusən ABŞ və Fransaya arxayın olub Azərbaycana və Türkiyəyə dirsək göstərməsi Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər...