vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
17:01 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 423 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göyərtədə 239 nəfər vardı

İtmiş Malayziya təyyarəsinin axtarışları 11 ildən sonra bərpa olunur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Malayziya Hava Yollarına məxsus “MH370” reysi ilə uçan təyyarənin yoxa çıxdıqdan təxminən 11 il sonra təkrar olaraq onun axtarışına başlanılıb.

“MalayMail”in məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülür.

Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus “Armada 7806” gəmisi axtarış əməliyyatları üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.

Dağıntıların tapıldığı təqdirdə “Ocean Infinity”ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.

***

Malayziya Hava Yollarına məxsus “MH370” reysi 8 mart 2014-cü il tarixində Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə gedərkən havaya qalxdı və 38 dəqiqə sonra təyyarə ilə son əlaqə quruldu.

Bəzi radar qeydləri, təyyarənin ordu radarları tərəfindən aşkar edildikdən sonra planlaşdırılan marşrutdan qərbə doğru azdığını və Hind okeanının cənubuna uçduğunu göstərdi.

227 sərnişin və 12 ekipaj üzvü olan təyyarənin Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən yerin axtarışı aviasiya tarixində ən bahalı axtarış-xilasetmə əməliyyatı olub. Bununla belə, bəzilərinin “MH370”ə aid olduğu təsdiqlənən təyyarənin hissələri istisna olmaqla, təyyarənin izinə rast gəlinməyib.

İtmiş təyyarənin axtarışları 2018-ci ilin yanvarında Malayziya hökumətinin “Ocean Infinity” adlı dəniz dibi kəşfiyyatı şirkəti ilə müqavilə imzalamasından sonra bərpa edilib.

Lakin “Ocean Infinity” təyyarənin qalıqlarını tapa bilmədikdən sonra Malayziya 2018-ci ilin iyun ayının ortalarında işin başa çatdığını elan etdi.