vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TEXNİKA  
11:51 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 72 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Trump Coin” kolleksiyası

ABŞ prezidentinin şərəfinə qadcet hazırlanıb

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada bahalı materiallardan smartfon və daşına bilən elektronika istehsalı üzrə ixtisaslaşan “Caviar” şirkəti ABŞ Prezidenti Donald Trampdan və onun “Bitcoin”ə təsirindən ilhamlanaraq “Trump x Bitcoin” adlı məhdud sayda “iPhone 16 Pro” modelini təqdim edib.

“Visionaries” kolleksiyasının bir hissəsi olan yeni məhsul Donald Trampın və onun “Bitcoin”in inkişafına verdiyi töhfənin şərəfinə yaradılıb. Premium smartfon məhdud tirajla cəmi 47 nüsxədə buraxılıb ki, bu da Donald Trampın 47-ci prezidentliyini simvolizə edir. Qadcetin qiymətləri isə 629 min rubldan (təxminən 12 500 manat - red.) başlayır.

“Trump x Bitcoin” PVD örtükdən istifadə etməklə tünd qara rəngdə aviasiya titanından hazırlanıb ki, bu da smartfona davamlılıq və estetik cəlbedicilik verir. Cihazın qızıl örtüklü elementləri “Trump Tower” və Trampın adını daşıyan digər simvolik göydələnlərlə assosiasiya yaradır.

Dizaynın əsas xüsusiyyəti 24 karatlıq qızılla örtülmüş böyük həcmli “Bitcoin” simvoludur, hansı ki, üzərində Trampın “Bitcoin” azadlığı, suverenliyi və müstəqilliyi təmsil edir” sitatı həkk olunub.

Cihazla birlikdə video və musiqi ilə müşayiət olunan, Trampın kriptovalyuta dünyasına təsirini vurğulayan 3D relyefli “Trump Coin” kolleksiya sikkəsi də verilir.