

Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
AB Şurasının sədri Antonio Kosta nəticədən məmnun qaldığını deyib
10 saatlıq sammitdə Ukraynaya cəmi 15 dəqiqə vaxt ayrıldı
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi AB üçün yoxolma təhlükəsidir”
AB liderlərinin Brüsseldə keçirilən sammiti Orbanın veto qoyması ilə başa çatıb
Trampın müttəfiqlərinin Zelenskinin siyasi rəqibləri ilə görüşdüyü iddia edilir
Liderlər Trampın təzyiqi fonunda Ukraynanın gələcəyini müzakirə etmək üçün görüşür
Ukraynadan NATO-ya xəbərdarlıq, “Reuters”ə verilən müsahibədə hərbi sirlər açılıbmı?
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Müharibə görmüş zəif əsgərlə, müharibə görməmiş güclünün fərqi
Yunanıstanın Kiyevdəki keçmiş səfiri, eyni zamanda İstanbulun baş konsulu vəzifəsini də icra edən Vasilios Bornovas keçən həftə “Hellas Journal”a verdiyi müsahibə ilə Rusiyada dəbdə olan mövzudan danışıb.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Monitorinq Missiyasının üzvlərinə qarşı iddiası onu manşetlərə çıxarıb.
Bornovas iddia edib ki, 2014-cü ildə Ukraynadan birtərəfli müstəqilliyini elan edən Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının da daxil olduğu Donbas bölgəsində çalışan ATƏT müşahidəçiləri Kiyevə kəşfiyyat məlumatı veriblər.
Rusiyanın dövlət RT telekanalının məlumatına görə, Bornovas münaqişə zonalarına səfər edərkən Kiyev qüvvələrinin silahların yeri barədə ATƏT müşahidəçilərinin verdiyi məxfi məlumatlardan istifadə etdiyini gördüyünü deyib.
“Bu mövqelər dərhal vurulduğundan, müşahidəçilərin hesabatlarının Ukrayna bölmələrinə ötürüldüyü açıq-aşkar görünürdü”, – Bornovas deyib.
ABŞ və Rusiyanın Avropa Birliyi (AB) və Kiyevi kənarda qoyaraq, Ukrayna müharibəsinə son qoymaq səylərini şərh edən keçmiş diplomat AB-nin daxili böhranlara görə çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
Bornovas, Vaşinqtonu izləməyə çoxdan öyrəşdiyini iddia etdiyi Brüsselin iradə və şəxsiyyətə malik uzaqgörən lider çatışmazlığından əziyyət çəkdiyini iddia etdi.
O, Baltikyanı ölkələrin və Polşanın AB-nin xarici siyasətində çox təsirli olduğunu düşündüyünü bildirib.
Keçmiş diplomat Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının təzyiqi ilə müharibəyə məcbur edilə biləcəyi iddiasını da səsləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” hesabında açıqlama verərək ATƏT-i bu iddialara cavab verməyə çağırıb.
Moskva 2022-ci il fevralın 21-də 2014-cü ildə Ukraynadan birtərəfli müstəqillik elan edən Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanıdığını elan edib.
Bu qərardan cəmi bir neçə saat sonra Moskva Ukraynanın digər ərazilərini işğal etməyə başladı.