

“Bermud” üçbucağı, Atlantik okeanında bir çox təyyarə və gəminin yoxa çıxdığı, vaxtilə maqnit olduğu, lakin indi təbii qaz mənbəyi olduğu düşünülən ərazinin adıdır.
Bu üçbucağın künclərinin Bermud adaları, Floridada Mayami və Puerto Rikoda San Xuan olduğu qəbul edilir.
Çox dərinliyə dalan robot kameralar qar kimi bəyaz okean dibini və bu bölgədəki bəzi gəmi qəzalarını qeydə aldıqdan sonra belə elmi izahat verildi. Bu bölgə həm də “Gulf Stream” adlanan isti su axınının keçdiyi yerdir. Dibinin vaxtaşırı qızması səbəbindən bu “təbaşir qazları” sudan yüngül olduqları üçün əriyib səthə qalxırlar. Bu zaman suyun sıxlığı aşağıdan səthə doğru azalır və bununla bərabər suyun itələmə gücü də azalır. Həmin vaxt yaxınlıqdan üzərək keçən hər şey, sanki dərin bir quyuya düşmüş kimi tez okeanın dibinə batır. Çünki gəmilər daha az sıxlığa və təzyiqə malik su üzərində qala, o cümlədən üzmə qüvvəsi yarada bilmir. Qazın yüksəlməsi dayandıqda, sıxlıq əvvəlki səviyyəsinə qayıdır və nəhəng gəmilər heç bir iz buraxmadan kilometrlərlə dərinlikdə basdırılır.
Təyyarələrin qəzaya uğrayıb yoxa çıxmasının səbəbi də eynidir. Səthə çıxan təbii qazlar havadan yüngül olduqları üçün yüksəlməyə davam edirlər. Bu dəfə bölgənin üzərindəki atmosferdə sıxlığın azalması baş verir. Oradan təsadüfən keçən təyyarə dərhal hündürlüyünü itirir və mühərrikləri dayanır. Çünki mühərriklərdə benzin yandırmaq üçün oksigen lazımdır və aşağı sıxlıqlı havada olan oksigen miqdarı mühərriklərin işləməsi üçün kifayət etmir. Beləliklə, təyyarə okeanın dibinə doğru sürətlə enməyə başlayır.