Merin villasını şirlər «qoruyur»
Abutalıbov dövlət gerbində ərəb sözləri yazdırıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
“Hər hansı təsəvvür yoxdur”
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
-
Gül bayramı ləğv edilib?
Bakı Meriyasından açıqlama
-
Bakıda 40 ailə qorxu içində
Zığ qəsəbəsindəki sürüşmə zonasında bir bina uçmaq təhlükəsi ilə üz-üzə; mənzillərin içinə beton dirəklər quraşdırılır
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
«Hazırda iş başındayam»
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
-
«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
-
«26» adına görə 25 sutka cəza
Başıbəla kafenin icarədarı həbs olundu
-
«Ora əxlaqsız gecə klubu idi»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
-
«Böyük absurddur»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
-
«Hər yerdə 26 rəqəmini dəyişin»
Çingiz Abdullayev: «İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər»
-
Bakı meri milyarderin məşhur obyektini sökür
BƏM-in uçurulmasının gizlinləri, «Abbas Abbasovun ittifaqı»nda təmsil İsgəndər Xəlilovu bağışlamaq olarmı...
-
Prezident müdaxilə etdi...
...Abutalıbov sərəncamını geri oxudu
-
10 milyon təklif edən «elçiləri» qovubmuş...
Bakıda bir gecəyə sökülən otelin sirri açıldı
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi 16 ünvanında yerləşən villanın sahibi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdur.
Bakı merinin mülkünün dörd tərəfinə müşahidə kamerası qurlaşdırılıb. Villanın hasarı boyunca ağaclar əkilib. Villanın yanında paytaxtın mərkəzində gördüyünüz iki işıq dirəyi qurlaşdırılıb. Hündür hasarlı villanın bayır tərəfi isə zibil içindədir. Mülkün üzərində dövlət gerbi formasında dairə, dairənin kənarlarında isə Azərbaycan bayrağının rəngləri var. Gerbdə olan alov və sünbülün əvəzinə də «Qurani-Kərim»dən ayə yazılıb.
Hacıbala Abutalıbovun evinin yaxınlığında pivəxana fəaliyyət göstərir. Merin mülkünün qarşısında gözətçi kimi dayanan iki şir heykəlinin olduğu bağ da var. Sakinlər arasında bu bağın adına «Mer bağı» deyirlər. Qaraçuxur sakinlərinin sözlərinə görə, villanın 4 girişi var. Onlardan yalnız 3 girişi göz önündədir. «İcra başçısının qiyməti bilinməyən maşınları, çoxlu sayda villası var. Bu onun yeganə villası deyil, bu cür evlərdən şəhərin başqa yerlərində də var. Özü də bura daim gəlmir», - deyir sakinlər.
Hacıbala Abutalıbovun mülkü olduğu ərazidə müşahidə apararkən ətrafdakı evlərin çoxunun təmirsiz olduğunu müşahidə etdik. Sakinlərin evləri ömrünü çoxdan bitirmiş təsəvvürü yaradırdı. (İnterpress.az)