«Böyük absurddur»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Tükənməz Anar
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
-
Gündəliklər və məktublaşmalar ...
... “Ot basmış cığırlar”la “Torpağın bərəkəti”nin müqayisəsi
-
Ona görə seçiblər
“İstedadsız qrammofonlara deyil, ...”
-
“Obyektiv obraz yaratmaq lazımdır”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
-
“Ustada sayğı gecəsi”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
-
… Biz kimik və nə istəyirik?
Köhnəlməyən soru …
-
«Bu şüurlu qətl deyilsə, bəs nədir?»
Çingiz Abdullayev: «Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...»
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizdə
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
-
«26» adına görə 25 sutka cəza
Başıbəla kafenin icarədarı həbs olundu
-
AYB-nin məsələsi MM-də
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
-
«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
-
«Yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
-
Zərif duyğular şairi
Mətanəti sarsılmayan ruh, şəfqəti azalmayan qəlb, hərarəti soyumayan əllər
-
Orxan Pamuk Bakıda nəyə təəssüfləndi?
«... Bu cür yerləri qoruyub saxlamaq lazımdı»
-
Anarla görüşmək istəyən şairi döyüblər?
Yazıçılar Birliyində qalmaqal - «Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb»
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan «26» kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
A.Rzayev «Report»a açıqlamasında deyib ki, H.Abutalıbova dərin hörməti var və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmir: «Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər «arvadı, dayısı və babaları erməni olanlar» deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar».
Yazıçılar Birliyinin sədri hesab edir ki, «26» kafesinin adının «26 Bakı komissarı» ilə bağlı olması inandırıcı deyil: «Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, «26» rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir».
A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, «26» rəqəmi Azərbaycanda ləğv olunmayıb: «Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini «26 Bakı komissarı»nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.
Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə «23» qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.
O ki qaldı, «26 Bakı komissarı» adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin «26-lar»ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi».
Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, «Sahil bağı» (keçmiş «26 Bakı komissarı» bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən «26» - «Twenty six» adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.
H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: «Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar».