

BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
16 maddə üzrə təqsirləndirilən Vardanyan haqq etdiyi cəzanı alacaq
BBC-nin ağır söhbətində separatçıbaşı nəyi boynuna aldı?
Rusiya ilə separatçılar sinxron hərəkət edir
Rusiya Azərbaycanda təhlükəli vəziyyət yaradır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
“Paşinyan danışıqları dalana dirədi ...”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
Ruben Vardanyan həbsxanadan ailə üzvləri ilə telefonla əlaqəsi saxladıqda erməni cəmiyyətinə və beynəlxalq aləmə ünvanlanan bəyanatlar göndərir. Erməni saytları Vardanyanın həyat yoldaşı ilə son danışığından sonra onun xatirəsini yayıb.
O 39 il əvvəl SSRİ dövründə hərbi xidmətə çağırıldığını və xidmət üçün Bakıya göndərildiyini bildirib. Bu zaman guya zabitlərdən biri ona yaxınlaşıb 300 rubl qarşılığında Vardanyanı xidmət üçün Ermənistana göndərəcəyini vəd edib. Vardanyan zabitə bildirib ki, onun bu qədər pulu yoxdur. Vardanyanın sözlərinə görə, guya sonda əsgər yoldaşlarının köməyi ilə 50 manata Bakıdan Ermənistana köçürülüb. Vardanyan həyat yoldaşına danışdığı xatirəsində 39 il əvvəl ona pul verən əsgər yoldaşlarına minnətdar olduğunu vurğulayıb. Vardanyan bunu danışdıqdan sonra illər sonra guya qazandığı pulları xeyriyyə işlərinə xərclədiyini bildirib. Həmin “xeyriyyə işləri” içərisində erməni separatçılarını silahla təchizat etməsi barədə heç nə yoxdur.
Bu bəyanatlar və xatirələr həcmcə böyük olduğundan böyük ehtimalla Vardanyan fikirlərinin ailə üzvlərinin telefonlarının yaddaşında saxlanılmasını və daha sonra mediaya ötürülməsini istəyir. Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar. Maraqlıdır ki, Vardanyandan başqa məhkəməsi davam edən digər separatçıların bəyanatları erməni saytlarında yayımlanmır. Özünü separatçı dostlarından fərqləndirmək istəyən Vardanyanın məqsədi aydındır. O bu yolla özündən Nelson Mandela “düzəltmək” istəyir. Ancaq Nelson Mandela Cənubi Afrika Respublikasının həbsxanasında daha ağır şərtlər altında saxlanılırdı və ailə üzvlərinə bəyanatlar və uzun mətnlər göndərə bilmirdi.