Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
12:26 | 27 iyun 2019 | Cümə axşamı
Məqaləyə 2906 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son bir neçə gündür ki, misli görünməmiş sakitlik hökm sürür. Hər iki tərəf atəşkəsin pozulması hallarının demək olar ki, baş vermədiyi haqda raportlar verirlər. Hətta Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətə dair gündəlik raportlarında da “ara-sıra açılan tək atəşlər istisna olmaqla” nisbi sakitlik hökm sürdüyü qeyd olunur.
Lakin bu, tufanqabağı nisbi sakitlik də ola bilər. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar hesab edir ki, hər iki tərəfin əlində böyük sayda hərbi qüvvə və texnika cəmləşdiyi bir vaxtda istənilən vaxt hər şeyin baş verməsi mümkündür.
“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində diplomat bildirib ki, Qarabağ münaqişəsi zonasında situasiya partlayış təhlükəldir.
“Bizim baş nazir Paşinyanla görüşümüz oldu və əlbətdə, Dağlıq Qarabağ haqda da danışdıq, nazirlərin Vaşinqtondakı son görüşünü müzakirə etdik. Və son bir ay-ay yarımda təmas xəttində gərginliyin artmasının şahidi olduğunu dedik. İndi Vaşinqton görüşündən sonra ümid edirik ki, bu aktivlik aşağı düşəcək”,-Toyvo Klaar deyib.
Avropalı diplomat təmas xəttindəki vəziyyəti Ermənistanın xarici işlər naziri ilə də müzakirə etdiyini deyib. Onun sözlərinə görə, situasiya olduqca kövrəkdir. Bu baxımdan insan itkiləri ilə nəticələnən atışmalar olur.
“Və məhz bu situasiyanı aradan qaldırmaq üçün danışıqlar yolu ilə daha uzunmüddətli və möhkəm sülh prosesinə doğru getmək lazımdır. Nə qədər ki, hər iki tərəfin əlində böyük sayda hərbi qüvvə və texnika var, situasiya partlayış təhlükəli olaraq qalacaq, hər şey baş verə bilər”, - o əlavə edib.