vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜLƏŞ  
13:19 | 23 aprel 2014 | Çərşənbə Məqaləyə 3478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun hansı nəticələri var?»

Nazir 4 qat dünya, 2 qat Avropa çempionuna qarşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu olmuş Zülfiyyə Hüseynovaya prezident təqaüdü verilməsinin qəti əleyhinədir. ANS PRESS-in məlumatına görə, nazir veteran idmançının ittihamlarına bu gün keçirdiyi mətbuat konfransında cavab verib.

Azad Rəhimov bunu dəfələrlə ona müraciət edən Z.Hüseynovaya da bildirdiyini deyib: «Bunu dəfələrlə onun özünə də demişəm. Dövlət Gömrük Komitəsində işləyən, yüksək maaş alan birinə niyə təqaüd verilməlidir? Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər. Amma mən fikrimi dəyişmək niyyətində deyiləm.»

Rəhimov 44 yaşlı veteran idmançıya təqaüd vermək istəməməsinin bir səbəbi kimi, onun hələ də gənc olduğunu göstərib və sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu olan xanım idmançının böyük nəticələr göstərmədiyini dilə gətirib: «Ölkə başçımız təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verir. Zülfiyyənin hansı böyük nəticəsi var axı? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu?»

Zülfiyyə HüseynovaQeyd edək ki, Zülfiyyə Hüseynova olimpiya oyunlarında da uğur qazanıb: SSRİ Çempionatında II yer (1991), SSRİ Xalqlarının Spartakiadasında III yer (1991), Hərbçilərin Olimpiadasında I yer (1995), XXVI Yay Olimpiya Oyunlarında VII yer (1996), Hərbçilərin Dünya Çempionatında I yer (1998), Hərbçilərin Olimpiadasında III yer (1999), XXVII Yay Olimpiya Oyunlarında VII yer (2000) 5 dəfə Avropa Çempionatında V yeri tutub, Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Xatırladaq ki, Zülfiyyə Hüseynova oxu.az-a açıqlamasında haqqının yeyildiyini söyləmişdi: «Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar. Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm».