«AYB-yə 450 min manat ayrılıb»
Çingiz Abdullayevlə qurultay söhbəti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ona görə seçiblər
“İstedadsız qrammofonlara deyil, ...”
-
“Obyektiv obraz yaratmaq lazımdır”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
-
“Ustada sayğı gecəsi”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
-
“Fikirləri ikrah doğurur”
Çingiz Abdullayevdən rusiyalı senatora şillə kimi cavab
-
… Biz kimik və nə istəyirik?
Köhnəlməyən soru …
-
«Bu şüurlu qətl deyilsə, bəs nədir?»
Çingiz Abdullayev: «Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...»
-
Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizdə
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
-
Elnurdan qOrxan
Dərə xəlvət olub...
-
Cocuq Mərcanlı səfəri
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
-
«Yoxsa unudublar ki, ...»
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
-
«26» adına görə 25 sutka cəza
Başıbəla kafenin icarədarı həbs olundu
-
AYB-nin məsələsi MM-də
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
-
«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
-
«Yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
-
«Ora əxlaqsız gecə klubu idi»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
-
«Böyük absurddur»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev «Media forum» saytının suallarını cavablandırıb.
- İyunun 17-də Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Hazırlıq işləri başa çatıbmı?
- Biz qurultayla yanaşı Yazıçılar Birliyinin 80 illik yubileyini də keçirəcəyik. 400-dən çox qurultay nümayəndəsi və qonaqlarımız olacaq. Qurultaya və yubileyə Türkiyə, Qazaxıstan, Rusiya, Fransa, Serbiya və başqa dövlətlərdən çox tanınmış qonaqlar gələcək. Qonaqlar arasında nazirlər, senatorlar, ictimai xadimlər, tanınmış yazıçılar, şairlər var. Oljas Süleymenov, Yevgeni Sidorov kimi məşhur insanlar Azərbaycana təşrif buyuracaq. Türkiyədən böyük bir nümayəndə heyəti gələcək.
Qurultayda bir sıra aktual məsələlərə toxunulacaq, Yazıçılar Birliyinin jurnallarının nəşri, daha oxunaqlı olması, oxucu sayının artırılması, kitab mağazalarının vəziyyəti kimi narahatedici mövzuların geniş müzakirəsi aparılacaq. Mən bir müddət əvvəl Gəncədə, Şəmkirdə olmuşam. Abadlığa baxdıqca adamın ürəyi açılır, sevinirsən ki, Azərbaycanda belə şəhərlər var. Gəncə ölkənin ikinci şəhəridir, oranı yenidən qurublar, amma bir dənə də kitab mağazası yoxdur. Şəmkirdə çox gözəl evlər, saraylar tikilib, lakin o böyüklüyündə rayonda da bir kitab mağazası tapa bilməzsən. İcra hakimiyyətinin başçısı söz verib ki, mütləq kitab mağazaları açacaqlar. Bax, bu cür yaralı yerlərimiz, problemlərimiz haqqında danışacağıq, çarə axtaracağıq.
Kitab mağazaları ilə bağlı vəziyyət çox acınacaqlıdır, buna dözmək, göz yummaq olmaz, bundan bir çıxış yolu tapılmalıdır. Niyə görə kasıb Gürcüstanda, Ermənistanda yüzlərlə kitab mağazası var, amma Azərbaycanda yoxdur? Kasıb Tiflisdə hazırda 78, Bakıda isə cəmi 4 kitab mağazası var, Gəncədə isə ümumiyyətlə yoxdur. Bu nə ilə bağlıdır, niyə belədir? Təbii ki, bu məsələlər kənarda qalmamalıdır, bunların hamısı haqqında danışmalıyıq. Ümid edirəm ki, qurultay belə vacib problemlərdən çıxış yolu tapacaq.
Qurultaydan bir gün sonra – iyunun 18-də Yazıçılar Birliyinin yubileyi olacaq. Sevinirəm ki, çoxlu qonağımız gələcək, hamısı çıxış edəcək. Bir-birimizə problemlərimizdən danışacağıq.
Eyni zamanda Yazıçılar Birliyinin binasında təqdimatlar olacaq. Gürcüstanın mədəniyyət naziri Quram Odişariya tədbirə qatılacaq, kitabının təqdimatı keçiriləcək. İlham Bədəlbəylinin Moskvada nəşr edilən kitabının təqdimatı da bu ərəfədə gözlənir. Ölkədə olan bütün aparıcı dini icmalardan nümayəndələr dəvət olunub. Bizə neçə nazir, deputat zəng edir, tədbirə dəvət istəyir, bu cür böyük marağın olmasına çox sevinirik. Yüzə qədər ancaq jurnalist sifarişi var. Qurultay Akademik Milli Dram Teatrında olacaq. Qorxuruq oraya yerləşməyək.
- Prezident İlham Əliyev qurultay və yubileydə iştirak edəcək?
- Prezident İlham Əliyevə mütləq dəvətnamə göndərəcəyik. Eyni zamanda baş nazir Artur Rasizadəni, Milli Məclisin sədri Oqtay Əsədovu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi qurultaya, yubileyə dəvət edəcəyik. Əgər vaxtları olsa, gəlsələr, buna sevinərik.
- Qurultayın və yubileyin keçirilməsi üçün maliyyə vəsaiti Yazıçılar Birliyinin öz büdcəsindəndir, yoxsa dövlət əlavə vəsait ayırıb?
- Qurultay və yubiley üçün dövlət 450 min manat vəsait ayırıb. Bizə nə qədər pul lazım olacağını hesablamışdıq, lazımi ünvanlara göndərmişdik, hətta qəpik-qəpik hesablamışdıq ki, şəffaflıq olsun, pul ora-bura getməsin. Dövlət bizə istədiyimizdən də artıq pul ayırdı. Yəqin bizim hesablamalarımıza baxıblar, qəpik-qəpik hesabladığımızı görüblər, fikirləşiblər ki, az olar. Ona görə istədiyimizdən çox vəsait ayırıblar. Biz bütün nüansları dəqiqliklə ölçüb-biçmişik, hər qəpiyə cavabdehik. Bütün işləri sənədlər əsasında görürük. Pullara şəxsən mən nəzarət edirəm, hər bir qəbzi yığıb saxlayıram. Dövlətin pulunu dağıtmaq olmaz.
Qurultaya çox da vəsait lazım deyil. Gələn bütün qonaqların bileti alınıb. Dünyada da belə təcrübə var, qonaq öz hesabına gəlir, ev sahibi isə digər xərclərini ödəyir. Bizə isə icazə verilib ki, qonaqları dəvət edəndə bilet pulunu da ödəyək. Amerika, Avstraliya, Kanada, Türkiyə və başqa yerlərdən gələn qonaqların bilet pulu da veriləcək. Bundan başqa Yazıçılar Birliyinin avtomobil parkı çox pis vəziyyətdə idi, ora əl gəzdirdik.
Yazıçılar Birliyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və digər dahilər haqqında audiokasetlər, kitablar buraxıb, onları tədbir iştirakçıları arasında paylayacağıq. Jurnallarda məqalələrin verilməsini planlaşdırmışıq. Tənqidi, eyni zamanda məlumat kitabları buraxacağıq. Bu işlərin hamısına vəsait lazımdır, onu da ayırıblar. Ümumilikdə qurultay, yubiley və bütün digər tədbirlərə görə bizə 450 min manat pul verilib. Yazıçılar Birliyinin köhnə borclarını ödəməsinə də icazə verilib. Bütün bu borclar ayrılan vəsaitlə bağlanmalıdır.
- Neçə avtomobil almısınız? Yazıçılar Birliyinin sədri, katiblər üçün yeni avtomobil alınıb?
- Yazıçılar Birliyinin sədri Anar müəllim üçün heç vaxt avtomobil alına bilməz. Ona görə ki, Anar müəllimin köhnə maşını var, ondan istifadə edir. Birliyin qəzet, jurnalları üçün avtomobillər almışıq ki, operativ işləyə bilsinlər. Mən isə 20 ildən çoxdur Yazıçılar Birliyində işləyirəm. Yeganə katibəm ki, indiyə qədər heç vaxt xidməti maşınım olmayıb, bundan sonra da olmayacaq. Mən yalnız öz maşınlarımla gəzirəm. Katib kimi aldığım maaşımı da işçilərə paylayıram. Bunu hamı bilir. Pulu alıb özümüzə avtomobil almaq vicdansızlıq olar. Avtomobil qəzetə, jurnala lazımdır. Operativ işləmək, hadisə yerlərinə yetişmək, qəzetləri paylamaq üçün alırıq. Onu da deyim ki, ucuz avtomobil alırıq, bunu da yalnız operativ işləmək üçün. Yazıçılar Birliyində vəzifədə olan şəxslərə avtomobil alınmayıb, alına da bilməz.
- Yazıçılar Birliyinin sədri Anar yenidən sədrliyə namizəd olacaqmı? Siz Anarın yenidən sədr olmasını istəyirsiniz, yoxsa yeni şəxsin sədr seçilməsini daha uyğun sayırsınız?
- Biz çox adamla məsləhətləşmişik, dəfələrlə müzakirə etmişik. Hesab edirik ki, Anar qalmalıdır. Çünki Yazıçılar Birliyi xalqın mənəvi ocağıdır, onun sədri nüfuzlu şəxs olmalıdır. Anardan əvvəl 9 sədr olub, hamısı nəinki ədəbiyyat tariximizdə, bütövlükdə Azərbaycan tarixində böyük rol oynamış şəxsiyyətlərdir. Anar da onlardan biridir. Anarın 1500 illik Türkiyə ədəbiyyatı haqqında yazdığı kitab bir institutun işinə bərabərdir. Üstəlik, neçə ildir quruma rəhbərlik edir, hər şeyi bilir. Təbii ki, belə nüfuzlu yazıçı, görkəmli ziyalı Yazıçılar Birliyinin sədrliyində qalmalıdır. Amma bu, qurultaydan asılıdır və mən inanıram ki, Anar müəllimə səs verəcəklər.
- Siz özünüz necə, yenidən katib olacaqsınızmı?
- Bunu mən deyə bilmərəm. Çünki «Penklub»un prezidentiyəm, yenidən Yazıçılar Birliyinin katibi ola da bilərəm, olmaya da bilərəm. Sədri və katibi qurultay seçir. Vaxtilə plenum, rəyasət heyəti vardı, indi belə şey yoxdur, kimə səs verilsə, o da seçiləcək.
- Moskvada yaşayan yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyov qurultaya dəvət olunub?
- Rüstəm İbrahimbəyov Azərbaycanın xalq yazıçısıdır. Ölkədə hazırda sağ olan cəmi 6 xalq yazıçısı var: Rüstəm və Maqsud İbrahimbəyovlar, Anar, Elçin, Mövlud Süleymanlı və Çingiz Abdullayev. Onlar Ağsaqqallar Şurasının üzvləridir. Biz xalq yazıçılarını dəvət etmirik. Onlar hamısı qurultayda iştirak etməlidir. Xalq yazıçıları gəlir, rəyasət heyətində oturur, onları dəvət etmirlər. Xalq yazıçıları, yəni hazırda sağ olan həmin 6 nəfər, o cümlədən mən qurultay nümayəndəsi də ola bilmərik. Bizim Yazıçılar Birliyinin qurultayında həmişəlik iştirak etmək ixtiyarımız və icazəmiz var.