vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
11:27 | 19 iyun 2014 | Cümə axşamı Məqaləyə 1379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni kral gəlir

Şahzadə Felipe bu gündən Kral VI Felipe olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«Business Week» xəbər verir ki, Corctaun (Georgetown) Universitetinin məzunu və keçmiş olimpiya yelkənçisi, vəliəhd şahzadə Felipe bu gündən «Kral VI Felipe» olacaq. Xatırladaq ki, 39 ildir hakimiyyətdə olan kral Xuan Karlos taxtdan gedəcəyi haqda qərarını 2 həftə əvvəl açıqlamışdı.


Qeyd edək ki, iyunun 25-də Madriddə taxtdan getmə mərasimi keçiriləcək. Kralın 46 yaşlı oğlu Felipe İspaniyanın yeni kralı olacaq. Tacqoyma mərasimi isə iyunun 26-da səhər keçiriləcək.

76 yaşlı Xuan Karlos gəlişindən bəri diktatorluqdan demokratiyaya keçid dövründə sabitlik yaratdığına görə ispanların hörmətini qazanıb. Ailəsi və özü ilə bağlı qalmaqallar və sağlamlıq problemləri onu əldən salıb. O, 2 iyun çıxışında mənfi təsirləri hələ də qalan uzun və dərin iqtisadi böhrandan sonra oğlunun «yeni ümidlər erası»nın başlanğıcını qoyacağını bildirmişdi.

Mühüm insanların görüşlərinin təşkili dövlət başçısı kimi Felipin özündən asılıdır. Felip monarxiyanın lazımlı anaxronizm (köhnə adət) olduğunu ispanlara göstərməlidir. Serj Şmemanın bu yaxınlarda dediyi kimi, siyasəti üstələyən monarxiyalar simvolik mahiyyət daşıyır. Felip bunu sübut etməyə çalışacaq.

İspaniyada azacıq bərpa hiss olunsa da, işsizliyin səviyyəsi 25%-dir, 6 milyon işsiz var. İspaniyanın ən varlı muxtar əyaləti olan Kataloniya liderləri müstəqil olmağa çalışırlar. Noyabrın 9-da referendum keçirilməsi nəzərdə tutulub. Mərkəzi hökumət isə bunun qanunsuz olduğunu bəyan edib. Sorğulara görə, ispanlar dövlət quruluşunun konstitusiyalı monarxiya, ya da respublika olmasının müəyyənləşdirilməsi üçün rəsmi səsvermə keçirilməsini dəstəkləyirlər. İspaniyanın daxilində və xaricindəki onlayn və normal sorğularla referendum keçirən fəallar 65 mindən çox səs toplayıblar.

Monarxiyaya yeni baxışlarına görə Felipeyə qarşı etirazlar (red. Felipe özü heç bir aristokrat əlaqəsi olmayan televiziya jurnalisti ilə evlənib) heç nəyi dəyişməyəcək. «İspaniyadakı kimi irsi monarxiyalarda oğul adətən atasının işini davam etdirir. Biz ondan ölkəni burada, ya da xaricdə təmsil etməsi, ya da məhdud səlahiyyətlərindən istifadəsi baxımından çox şey gözləməməliyik», - Madriddəki İE hüquq fakültəsinin professoru, Viktor Torre de Silva bildirib.

Baş nazir Mariano Raxoy monarxiyanın saxlanmasına, ölkənin zədələnməməsinə çalışır. Mariano Raxoyun Mühafizəkar Xalq Partiyası parlamentdə əksəriyyətə malikdir. Onun səyləri Felipin monarxiyanın İspaniya üçün dəyərli olduğunu sübut etməsinə kömək olmayacaq. Atası kimi o da dövlət başçısı olaraq bütün işləri özü görməlidir.

Monarxiyanın yaxşı olduğunu göstərmək üçün Felipe öz nüfuzundan istifadə edərək, partiyaların iqtisadi böhrana son qoymaq üçün çox iş görməsinə, ya da böhrandan ziyan çəkmiş milyonlarla insana kömək etməsinə təsir göstərə bilər. Həmçinin Kataloniyanın mərkəzi hakimiyyətdən ayrılmasının qarşısını ala bilər. (red. Katalan dilində danışmağı yəqin ki, buna kömək edər). 

Torre de Silva qeyd edib ki, «Sadaladıqlarımız görüləcək işlərin az bir nümunəsidir. O da başlanğıcda ən azından atası kimi beynəlxalq dostluq münasibətlərini uğurla inkişaf etdirə bilər. Bu münasibətlər «İspaniyanın kapitalıdır»«.

«Bunlar İspaniyanın zənginliyi deməkdir. Mən onun çox fəal beynəlxalq gündəliklə fəaliyyətə başlamasına elə də təəccüblənmərəm. Bu, ispan şirkətlərinin xaricə məhsul satışına kömək edəcək. Yeni kral burada iş görmək istəyənlərə də heç bir çətinlik yaratmayacaq», - Torre de Silva əlavə edib.