vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SAĞLAMLIQ  
09:13 | 17 avqust 2014 | Bazar Məqaləyə 2307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnternet beynin qocalmasını ləngidir

Daim istifadə yaddaş pozğunluğunun qarşısını alır

MÖVZU İLƏ ƏLAQƏLİ

İnternetdən daim istifadə edilməsi yaddaşın azalması və baş beynin qocalması prosesini ləngidir. ANS PRESS-in məlumatına görə, informasiyanın axtarışı və onun mənimsənilməsi üçün sürətli təfəkkür lazımdır. Beynin belə məşqi onun xidmət müddətini artırır. Alimlərin fikrincə, İnternet koqnitiv ehtiyatı artırır və beynin neyronlar şəbəkəsini genişləndirir və beləliklə, onun qocalma prosesini ləngidir.

Bu məlumatları 50 yaşından 89 yaşınadək olan 6422 britaniyalının iştirakı ilə aparılmış tədqiqatın nəticələri təsdiq edir. Məlum olub ki, ümumdünya şəbəkəsindən istifadə edilməsi həmin qrupun xeyrinədir. Onların müntəzəm surətdə şəbəkəyə çıxması yaşlı əhalinin rəqəmsal savad göstəricilərini artırır, həyat səviyyəsini yüksəldir, intellektini qoruyub saxlayır və təfəkkürünü sürətləndirir.

Lakin internetdən həddindən artıq istifadə edilməsi şəkərli diabet və ürək-damaq xəstəlikləri riskinin artmasına gətirib çıxarır və buna görə alimlər fəal həyat tərzi ilə informasiya əldə etmə prosesi arasında qızıl ortanı tapmağı məsləhət görürlər.