Prezident Şirvana gedib
İlham Əliyev Kür üzərindəki körpünün açılışında iştirak edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Poliqonda qəza
Minaatanın partlaması nəticəsində bir nəfər yaralanıb
-
Kürdə suyun səviyyəsi qalxıb
Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım var
-
Şirvanda faciə
Toy yasa çevrildi
-
Müdafiə sənayesi naziri vəfat etdi
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
-
Şirvanda yol çöküb
Binalar ciddi təhlükədə
-
Camalovların ətrafında nə baş verir?
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
-
Şirvanda silahlı insident
Yavər Camalovun dayısı oğlu saxlanıldı
-
Fədayə Laçın işinə görə tutulan 8 gizli ad
«Qoca» və Əli Ağami, ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar?!
-
19 il həbs
Bakıda qatardan qaçan dustağa hökm oxundu
-
Bizim şüurlarımızdakı qəhrəmanlar kimdir?
Hər kəs üçün hansısa prinsiplər və ayaqlaya bilinməyən ali dəyərlər var
-
«Qoca» 21 yaşında Bayıl türməsindən də qaçıbmış
«Çkalov» camaatı öldürülən avtoritetin həyatından nələr danışdı
-
Avtoritetin sirr kimi ölümü
Sərhədi keçə bilməyən «Qoca» 350 kilometr yolu necə qət edib və niyə Bakıya qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var
-
«Qoca» öldürüldü
Kriminal avtoritet Etibar Məmmədov evində gizlədən İlqar Əzimov da məhv edilib
-
«Fədayə sevgiyə görə özünü oda atdı»
Sənət yoldaşları nələr yazır?
-
«Etibarımdan sui-istifadə ediblər»
Fədayə Laçının ifadəsi: «Məhbusların qaçmaq niyyətindən xəbərim olmayıb»
-
Fədayə Laçın həbs edildi
Həbsdən qaçan məhbuslara kömək edibmiş
Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib. AzərTAc-a bildirir ki, dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.
Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.