vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
14:40 | 18 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AZAL-ın «qara siyahı»sı

11 nəfər ömrünün sonuna kimi ...

Anar KƏLBİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) «qara siyahı»sında 61 nəfərin adı var».

Bunu AzVision.az-a açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, «qara siyahı»da onlardan 50 nəfər azərbaycanlı, 11 nəfər isə xarici ölkə vətəndaşıdır:

«Xarici vətəndaşlardan 7-i Rusiya, 4-ü isə hər ölkədən bir nəfər olmaqla Ukrayna, Çin, İran və Gürcüstan vətəndaşlarıdır.

Qaydalara daha çox əməl etməyənlər isə yerli vətəndaşlardır. Cəzalandırılan 61 nəfər şəxsdən eləsi var ömrünün sonuna kimi AZAL ilə uçuş edə bilməz. Həmin şəxslərin sayı 11 nəfərdir. Onlardan 3 nəfər 6 aylıq, qalan 47 nəfər isə 1 illik cəzalandırılıb. Bunlar 2014-cü ilə aiddir və bir il davam edəcək».

Qeyd edək ki, sərnişinlər əsasən siqaret çəkmək, mobil telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamadıqlarına görə, «qara siyahı»ya düşüblər. Adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL «arzuolunmaz sərnişinlər» siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür.