vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
20:46 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp lap mənim tayımdır»

Jirinovski: «Bizim cəmi bir fərqimiz var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.

«O özü bildirib ki, eynən mənə oxşayır. Tam müstəqillik və seçki kampaniyasını öz texnologiyası ilə aparması. O, imicmekerlər dəvət etməyib, muzdla kuklaoynadanlar tutmayıb», - Jirinovski deyib.

Rusiyalı ekstravaqant siyasətçi bildirir ki, Tramp da onun kimi «kağıza baxmadan» danışır, habelə amerikalı siyasətçinin miqrantlara qarşı mübarizə barədə fikirləri onun fikirləri ilə üst-üstə düşür. «Bizim aramızda cəmi bir fərq var. Mən milyarder deyiləm»-Jirinovski əlavə edib.