Çox istəyənin azdan da olması…
Dağlıq Qarabağın «müstəqilliyini» istəyən Ermənistanın özü, müstəqilliyini itirib
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
«Bloomberg» agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib. Bəlkə də bu xəbər yerinə düşdü. Çünki, bu xəbər Ermənistanı anlatmalıdır ki, bu qədər silah və sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır.
Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Faktiki Azərbaycan gələcək hərbi toqquşmaya hazırlayır. Çünki, indiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı. Əksinə, ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin «paket həll» variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək.
Danışıqlarda hazırki susqun gedişat Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində belə bir inam formalaşdırır ki, torpaqları geri almaq üçün mütləq ordudan istifadə etmək lazım gələcək. Apreldəki döyüşlər də buna nümunədir. Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi geri aldı və Ermənistan bu yüksəklikləri yenidən nəzarəti altına almaq üçün əks-hücuma keçmədi. Reallıqla barışdı. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakl torpaqları geri qaytarmayacaq.
Azərbaycanın silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmir. Azərbaycan həssas bölgədə yerləşir. Belə bir bölgədə Azərbaycan mütləq şəkildə güclü orduya malik olmalı və silahlanmaya böyük pullar xərcləməlidir.
Birincisi, Azərbaycan güclü ordu formalaşdırmaqla kənar müdaxilələrdən özünü qoruyur və sığortalayır.
İkincisi, Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanı güclü orduya malik olmasını diktə edir.
Dağlıq Qarabağ münaqişəsi olduğuna görə bölgənin böyük dövlətlər Azərbaycanın silahlamaya milyardlarla dollar xərcləməsinə normal yanaşırlar. Ancaq Azərbaycanın torpaqları işğal altında olmasaydı böyük dövlətlər rəsmi Bakının silahlanmaya bu qədər xərcləməsini narahatlıqla qarşılayardılar.
Rusiyanın Ermənistana verdiyi «İsgəndər» raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva «İsgəndər» raketlərini Ermənistanda yerləşdirdi.
Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. «İsgəndər» raketləri müvəqqəti olaraq Ermənistanı müəyyən üstünlük qazandırıb. Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da Rusiyanın «Sputnik» agentliyinə verdiyi son müsahibədə etiraf edib. Sərkisyanın ən böyük etirafı o idi ki, Ermənistanın silah almağa pulu yoxdur.
Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur və bu onun müstəqilliyini məhdudlaşdırır. Belə çıxır ki, illərlə Dağlıq Qarabağın «müstəqilliyi» uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib.