vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
12:56 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3042 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səngər xəstəlikləri»...

Keçmiş döyüşçü veteranların əziyyətindən danışır

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya böyük bir münaqişə zonasına çevrilərək çalxalanmaqda davam edir. Hər il minlərlə insan müharibələrdə onun törətdiyi xəstəliklərin acı fəsadları səsəbindən dünyasını dəyişir.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev «Azərbaycan ordusu» qəzetinə müsahibəsində bildirib ki, 2015-ci ildə Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı qeydə alınmayıb. Soyuqdəymə xəstəliklərinin səviyyəsi 43 faiz, mədə-bağırsaq xəstəlikləri isə 22 faizədək azalıb.

Statistika sevindiricidir, amma uzun müddət döyüş bölgəsində vətəni qoruyan, sinəsini sipər edənlərdən bəziləri ölməsə də, mühitin onlara qazandırdığı xəstəliklərlə bərabər bir ömür boyu yaşamaq məcburiyyətində qalırlar. Döyüş anında hərbçini ölümdən qoruyan səngər, həm də onun xəstəlik mənbəyi rolunu oynayır. Beləcə onlar «səngər xəstəlikləri»nin daşıyıcısına çevrilirlər.


Səngərdən xəstə yatağına...

 

Bu xəstəlik barədə Modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri, keçmiş döyüşçü Xaqani Rzaquliyev danışır:

«Bir sıra xəstəliklər var ki, onlar səngər xəstəlikləri qrupuna daxildir. I Dünya Müharibəsi illərində, dəqiqi 1915-ci ildə Volın yaxınlığında 1 milyon adam «səngər xəstəlikləri»nə yoluxdu. Ona görə bu xəstəlik «Volın lixoradkası» adını alıb. Bartonella bakteriyası daha çox lixoradka, ayaq ağrıları, ekzantema, əzələ ağrıları, bədəndə səpkilər və sümük ağrılarına səbəb olur. Bu xəstəlik kişiləri ömürlərinin çiçəklənən vaxtında tapır. Sadə dildə desək, bu xəstəlik qan-damar sistemlərinin soyuqlaması prosesidir (endapterit). Bu xəstəliyi yanan ağaca da bənzədirlər. Öncə kiçik kapliyarlardan başlanan xəstəlik genişlənir və yayılır. Əsas səbəb döyüşlər zamanı daha çox soyuqda qalmaq və siqaret çəkmək göstərilir. Torpaqla təmas, nəmişlik də xəstəliyin yaranma səbəblərindəndir».


Xəstəliyin əlamətləri

 

X.Rzaquliyev «səngər xəstəlikləri»nin əlamətlərini də sadalayıb: «Xəstəliyin əlamətləri arterial qanın ayaqlara çatmaması, ayaqların tez yorulması ilə özünü büruzə verir. Xroniki hal aldıqda isə axsaqlıq başlayır. Nəbzdə fasilələr, baldırlarda tüklərin tökülməsi, dəridə quruluq, dırnaqlarda dəyişiklik, əzələlərin atrofiyası «səngər xəstəliyinin» əlamətlərindəndir.

Daxili orqanlardan ilk özünü büruzə verən böyrək çatışmazlığıdır. Anti-sanitar vəziyyət və siqaret çəkmək də bu xəstəliklərin yaranmasında mühüm rol oynayır. Limfaderit, limfositoz (qan azlığı), ishal kimi xəstəliklər səngərdə ən çox rast gəlinən xəstəliklərdir. İshallardan sonra xüsusilə xəstəlik keçirmiş şəxsin bədənində ləkələr yaranmağa başlayır. Bizim orduda buna dəqiq diaqnoz qoyulmur. Hərəsi bir müalicə üsulu tətbiq edir. Əslində isə bunun yaranma səbəbi səngər xəstəliyidir. Dünyada bu praktika var. Bu xəstəlik zamanı əsasən spazmatik həblərdən («No-şpa», «Papaverin», «Andokolit» və s.) istifadə olunmalıdır. Qan dövranının tənzimlənməsi üçün B, C, E qrupu vitaminlərindən və bu vitaminlər bol olan yemək rasionundan istifadə olunmalıdır.

Məhz 1915-ci ildə 1 milyon adam bu əlamətlərə xas xəstəliyə yoluxandan sonra araşdırmalar nəticəsində bəlli oldu ki, bunun mənbəyi səngər, torpaqla təmasdır.

Orduda bu xəstəliyin diqqətdə saxlanması vacibdir. Siqaret çəkmək, səngər həyatına dair sanitar göstərişlər, psixiemosianal münasibətlər və s. diqqətdə saxlanmalıdır. Çünki bu gün 1991-1994-cü illər savaşının veteranlarının əksəriyyəti bu xəstəliklərin fəsadları ilə əziyyət çəkməkdədirlər».