«Peşəkarlığımızla isbatlayaq!»
Əflatun Amaşov: «Ən böyük məsuliyyətimiz Vətən qarşısındadır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Dünən gecədən bəri ordumuzun düşmənlə təmas xəttində baş verən gərginlik və erməni saytlarının təxribat dolu yalan məlumatları yayması mətbuatımızı sınaq qarşısında qoyub. Belə ki, aprel döyüşlərində ziyarətçi sayının artırmaq (oxu İP) xətrinə yadıqları yalan məlumatları döyüş filmlərində gördüklərindən və öz fantaziyalarından istifadə etməklə «bəzəyənlər» bu davranışları ilə düşmənə xidmət etdiklərinin fərqində olmadılar. Bütün bunları göz ardına alan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədən ölkə jurnalistlərinə müraciət ünvanladı.
«Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırışlar edir. Hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayır. Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik.
Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.
Nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar. Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin «aprel müharibəsi» dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik.
Əvvəllər də dediyimiz kimi, bu sayaq durumlarda əsas olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinaddır. Hər bir jurnalistin peşə borcu məhz bu dövlət qurumunun informasiyalarına söykənməkdən, əldə etdiyi məlumatları mütləq şəkildə onunla dəqiqləşdirməkdən ibarətdir. Başqa cür fəaliyyət təkcə peşə dəyərlərimizə deyil, qanunlarımıza da zidd sayılacaqdır.
Hər kəs düşünsün ki, kimin tələskənliyə yol verdiyini, kimin bilərəkdən cəmiyyəti yanlış məlumatlandırdığını müəyyənləşdirmək kritik durumlarda əlavə vaxt itkisidir. Qanunun isə yalnız bir mütləq təbiəti var. Heç kəs məsuliyyət hissini unutmasın. Unutmasın ki, ən böyük məsuliyyətimiz Vətən qarşısındakı məsuliyyətimizdir. Vətənə sevgimizi məsuliyyətimizlə, peşəkarlığımızla isbatlayaq!»