...İqtisadçı arxayındır, deputat deyir «batdı»
Beynəlxalq Bankdakı 220 milyon dollar müəmması...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
-
«Əsas məqsəd maraqların təminatıdır»
Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»
-
«Moody’s» ABB-nin reytinqlərini yüksəldib
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
Azərbaycan Beynəlxalq Bankının xarici borclar üzrə ödənişləri dayandıraraq 3.3 milyard dollarlıq borcunun dövlətə transfer edilməsi restrukturizasiya planını elan etməsindən sonra Qazaxıstanda da narahatlıqlar baş qaldırıb. Buna səbəb Qazaxıstanın Vahid Yığım Peniya Fondunun həmin banka 220 milyon dollar yatırması faktının üzə çıxmasıdır. İndi Qazaxıstanda ekspertlər və rəsmilər həmin pulların aqibətinin necə olacağını müzakirə edirlər. Və bu məsələdə fərqli fikirlər var.
Qazaxıstan Milli Bankının sədrinin müşaviri, iqtisadçı Aydarxan Kusainov virtualaz.org-a açıqlamasında deyib ki, pensiya fondunun Beynəlxalq Banka yatırdığı pulların taleyindən narahat deyil. Onun sözlərinə görə, Azərbaycan hökuməti restrukturizasiya planı təqdim edib və bunun rəvan şəkildə həyata keçiriləcəyini düşünür. Ekspertin fikrincə plan açıqlanandan sonra birjalarda Beynəlxalq Bankın istiqrazları dəyərdən düşsə də sonra yenidən toplarlanmağa başladı ki, bu da investorların narahatlıqlarının azaldığını göstərir.
Kusainov Azərbaycan hökumətinin bankın xilas edilməsinə artıq 7.5 milyard dollar yönəltdiyini, bütün toksik aktivlərini aldığını xatırladıb. «Kotirovkalara baxın: Beynəlxalq Bankın investisiya reytinqi olanda neft ucuzlaşdı, istiqrazlar da 80 faiz dəyərdən düşdü. Hesab edirəm ki, onda pulların bankdan çıxarılması prosesi gedirdi. Əgər neftin qiyməti aşağıdırsa belə vəziyyətdə portfeli saxlamaq düzgün olardı. Hamı başa düşürdü ki, neftin 28-30 dollar olması müvəqqətidir, belə davam edə bilməz. Və belə də oldu».
Qazax iqtisadçının sözlərinə görə, 2017-ci ilin əvvəllərində bankın istiqrazları az qala öz dəyərinə satılırdı. İndi investorlar panikaya düşə bilərlər, ancaq bu məqamı sakit qarşılamaq lazımdır. «İnvestorlar qısa müddət panika yaşasalar da hazırda bankın istiqrazları dəyər qazanır və bu da onu göstərir ki, investorlarda borcun ödəniləcəyinə dair əminlik yaranıb», - ekspert deyib.
Lakin Qazaxıstan parlamentinin deputatı Omarxan Oskikbayev «Kazinform»a deyib ki, pensiya fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılması menecmentin səhvi olub. «Mən hesab edirəm ki, fondun menecmenti bütün riskləri hesaba almayıb. Gərək hər şeyi detallı şəkildə öyrənərdilər. Onlar hansı parametrləri əsas götürüblər, deyə bilmərəm. Lakin indiki hallarda banka qoyulan pullar sığortalanmayıbsa deməli həmin pullar batdı. Təbii ki, bu da bizim fonda birbaşa zərərdir, eyni zamanda əmanətçilərimizin cibinə zərbə vurur», - deputat bildirib.
Oksikbayevn fikrincə pensiya fondunun pullarının banka yatırılmasına görə menecment daha çox məsuliyyət daşıyır. Milli Bank isə vəsaitlərin ümumi istifadəsinə dair siyasəti müəyyənləşdirir. Ona görə də Milli Bankın birbaşa məsuliyyətindən danışmaz düzgün olmazdı.