NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
18:16 | 20 may 2017 | Şənbə
Məqaləyə 2278 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Qarabağ münaqişəsinin hazırkı situasiyada həlli Azərbaycanın müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər.
Rusiyanın ixtilafın tezliklə həllində maraqlı olmasının səbəblərindən biri haqda dünənki, («Rusiya fürsəti qaçırmaq istəmir») başlıqlı yazıda bəhs etmişdim. Qısaca təkrarlayım ki, Moskva hazırda onun liderliyi ilə gedən danışıqların və ümumilikdə Minsk prosesinin iflasa uğramasını qətiyyən istəmir, çünki bu halda Qərbdən olan vasitəçilərin (ABŞ, Fransa), eləcə zəif ehtimal olsa da, Türkiyənin məsələyə müdaxilə imkanları yaranacaq, bu isə Rusiyanın bölgə maraqları baxımından yolverilməzdir.
Moskvanın Qarabağ düyününü çözmək istəməsinin digər səbəbi regional geosiyasət - Gürcüstan amili ilə əlaqəlidir. Gürcüstanın NATO-ya inteqrasiyası prosesinin sürətlənməsi göz qabağındadır. Rusiya 2008-dəki müdaxiləsi ilə bu prosesi gecikdirməyə nail oldu, amma dayandırmaq artıq çox çətindir. (Gürcüstana NATO-ya qoşulmaq üçün son mərhələ olan Üzvlük üçün Fəaliyyət Planı verilməsə də, orada yazılanların həyata keçirilməsinə bir müddətdir başlanıb.) Ona görə də, Rusiya bu potensial gəlişməyə - Gürcüstanın yaxın gələcəkdə NATO-ya qəbuluna qarşı preventiv tədbirlər görmək məcburiyyəti hiss edir. Əslində bu preventiv siyasət Abxaziya və Cənubi Osetiyada separatizmin alovlandırıldığı 90-cı illərdən başlayıb, 2008 müharibəsindən sonra isə bu regionlar müstəqil dövlət kimi tanındı və indi oradakı hərbi bazaların gücləndirilməsi prosesi gedir. Hazırda Ermənistandakı hərbi bazanın və ümumilikdə Ermənistanla hərbi müttəfiqliyin gücləndirilməsinin səbəblərindən biri də budur.
İndi Rusiyaya lazımdır ki, Azərbaycan da bu prosesə cəlb olunsun və Gürcüstana daxil olacaq «virus»un (NATO) yayılması təhlükəsinə qarşı regional bufer zonası formalaşdırılsın. Bunun üçün Qarabağ münaqişəsi həll olunmalı və bu kontekstdə Azərbaycana sülhməramlılar adı ilə ordu yeridilməlidir. Azərbaycana rus ordusu gəldikdən sonra onu Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sürükləmək daha asan olacaq. Bu halda sərhədlərimiz KTMT çərçivəsində Rusiyanın nəzarətinə keçəcək və ümumilikdə müstəqilliyimizi itirərək SSRİ dövrünə qayıtmış olacağıq. Nəticədə Rusiya həm Azərbaycanın avroatlantik inteqrasiyası ehtimalını yox etmiş olacaq, həm də Türkiyə istiqaməti istisna olmaqla, Gürcüstanı hər tərəfdən əhatələyəcək.
Bu təhlükəli perspektivi əngəlləmək təkbaşına siyasi iqtidarın bacaracağı iş kimi görünmür. Xalqı proseslərə cəlb etmək, daxildə tədricən də olsa yumşalma, demokratikləşmə xətti götürmək, Qərblə aktiv dialoqa getmək lazımdır. Balans siyasətinin limiti artıq dolur.