Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:28 | 18 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 5961 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
«The Guardian» sual edir ki, görəsən məşhur ingilis nağılı Vinni Puxun eyni adlı qəhrəmanı niyə Çin senzurasının qəzəbinə gəlib? AA Milnenin «balsevər qəhrəman ayı balasının» adı çəkilən postlar Çinin sosial şəbəkələrində bloklanıb.
Hakimiyyət orqanları bunun səbəbini izah etmirlər, lakin bəzi sosial şəbəkə istifadəçiləri bildirirlər ki, səbəb Çin prezidenti Xi Cinpingin «beyindən balaca» Vinni Puxa bənzədilməsidir.
Hələ həftənin əvvəllərində ayı balası Vinni Puxun şəkilləri olan postlar yerli «Weibo» şəbəkəsində dolaşırdı, lakin az sonra belə postlar yığışdırılıb. Söhbət ilk növbədə Puxun çin dilindəki adından gedirdi.
Vinni Pux şəkilləri «WeChat» saytının rəsmi emblemindən də götürülüb.
Xi və Vinni Pux arasında bənzətmələr 2013-cü ildən başlanıb. O vaxt sosial mediada Çin prezidenti Barak Obama ilə birlikdə görünürdü, həmin şəkillərin yanında isə Vinni Pux və nağılın pələng qəhrəmanı Tigger təsvir olunmuşdu.
2014-cü ildə isə Çin liderinin Yaponiyanın baş naziri Şinzo Abe (Shinzō Abe) ilə fotosunun yanında yerləşdirilən şəkildə Vinni Pux nağılın uzunqulaq qəhrəmanı Eeyore ilə birlikdə təsvir edilmişdi.
2015-ci ildə siyasi təhlilçilər deyirdilər ki, prezident Xinin Vinni Puxla yanaşı verilən fotoları sosial şəbəkələrdə ən çox senzuraya məruz qalan materialdır.
Çinin hakim Kommunist Partiyası ölkə liderinin belə komikləşdirilməsinə çox əsəbi və həssas yanaşır.
Həftənin əvvəllərində Çinin sosial media istifadəçiləri Vinni Puxun «ay qardaş!» dediyi epizodu əks etdirən şəkilləri paylaşmışdılar. Onlar senzuranın buna necə yanaşacağını yoxlamaq istəyirdilər.
Nağılda Vinni Pux hər dəfə işlər yaxşı getməyəndə «ay qardaş!» deyir.
Postlardan birində isə belə yazılmışdı: «Zavallı Pux, görəsən belə sevimli məxluq kimin xətrinə dəyib?»