Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:11 | 14 noyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2419 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
«The Independent» yazır ki, Britaniyada Avropa referendumunun keçirildiyi gün britaniyalıların aldığı minlərlə brexit-yönlü tvit Rusiyanın «troll fabriki»ndən göndərilibmiş.
Məqalədə deyilir ki, ABŞ-da da 2016-cı ilin seçki günündə amerikalılara gələn minlərlə tramppərəst tvit elə bu təşkilatda hazırlanmışdı.
Tvitlər ingilis dilində elə tərtib olunmuşdu ki, onların sanki Britaniya və Avropa İttifaqındakı adi istifadəçilər tərəfindən yazıldığını düşünmək olardı. Bu tvitlərin #EUref, #BrexitInOut, #BritainInOut və #BrexitOrNot kimi heşteqləri vardı və onlar seçiciləri Avropa İttifaqından çıxışa təhrik edirdi.
Məqalədə deyilir ki, bu tvitlərin Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzində yazıldığına inanılır. Bu müəssisənin el arasındakı adı «troll fabrikidir». ABŞ-da prezident seçkisi zamanı məhz bu mərkəzdən minlərlə «saxta xəbərlərin» göndərildiyinə dair sübutlar var.
Bəzi məlumatlara görə, «Brexit»i dəstəkləyən minlərlə tvit ABŞ Konqresi Kəşfiyyat Komitəsinə təqdim edilmiş 2700 tvitin arasındadır. Bu komitə Trampın seçki kampaniyası ilə Kreml arasında mümkün sövdələşəməni araşdırır.
Bir çox tvitlər Avropanın tərkibində qalmağı dəstəkləyən «Remain» kampaniyasının xəbərdarlıqlarını lağa qoyurdu. Kampaniyaçılar xəbərdarlıq edirdilər ki, Britaniyanın Aİ-dən çıxması iqtisadi qeyri-müəyyənlik və potensial resessiyaya səbəb ola bilər. Lağlağı statuslardan birində isə deyilirdi: «Əgər «Brexit»ə səs versəniz, səhər avtomobiliniz işə düşməyəcək».
Sözü gedən «troll fabrikindən» anonim mənbə «Mail on Sunday» qəzetinə deyib ki, «biz «Twitter» də daxil sosial media platformalarında, əsasən, britaniyalıları narahat edən mövzularda postlar yazırdıq».
Məqalədə deyilir ki, trollar Moskva vaxtilə, əsasən, səhər 8-dən axşam 8-dək işləyir, Avropa İttifaqı ölkələrinin siyasi təbəqələri arasında bölücü iş aparırdılar.
Tvitlərin miqyası və sürəti göstərir ki, onlar qaydasız və ya xalis olmayıb. Məsələn, özünü alman kimi təqdim edən @PeterMagLob ünvanlı istifadəçi seçki günü bir saata 20 tvit yazıb.