Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
14:31 | 11 dekabr 2017 | Bazar ertəsi
Məqaləyə 3566 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Trampın Qüdsü-Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarının daxili siyasi səbəblərdən qaynaqlandığı məlumdur, «digər prezidentlərdən fərqli olaraq, mən vədimi yerinə yetirdim» deməklə onun özü də bunu təsdiqlədi. Amma bu məsələni bir az açmağa ehtiyac var.
Seçkiqabağı vədlərini yerinə yetirdiyini öz seçici kütləsinə nümayiş etdirmək Tramp üçün bu dəqiqə 1 saylı vəzifədir. Onun öz elektoratına və bu elektoratla qarşılıqlı münasibətlərinə kliyentelist yanaşması var, yəni mən sizin istəklərinizi, sifarişlərinizi yerinə yetirirəm, əvəzində məni dəstəkləyin. Bəs bu kütlə kimlərdən ibarətdir və onların Qüds-Yerusəlim məsələsinə nə aidiyyəti var?
Trampın (ümumilikdə respublikaçıların) seçici kütləsinin nüvəsini yevangelistlər təşkil edir. «WASP» (White Anglo-Saxon Protestant) adlandırılan ağ anqlo-sakson protestantlar da bura daxildir. Onların kökü Şimali Amerikada, müasir ABŞ-da ilk məskunlaşmağa başlayan puritanlara – ingilis protestantlarına gedib çıxır. Yevangelist dini dünyagörüşündə yəhudilərə özəl münasibət var, onları seçilmiş xalq sayırlar və bu səbəblə onlara dəstək verməyi Yaradana xidmət kimi qəbul edirlər. İnanırlar ki, İisus Xristosun 2-ci gəlişi (yəqin Mehdinin zühuru inanışını xatırladınız) o vaxt gerçəkləşəcək ki, bütün yəhudilər İsrail Torpağına (Erets İzrael) yığışsın və Tanrı tərəfindən onlara tapşırılmış şəkildə həyat yaşasınlar. Bu məqam «İncil»də öz əksini tapıb. Erets İzrael, yəni yəhudilərin tarixi torpaqları sayılan ərazilər çaydan çaya - Nildən Fərata qədər olan əraziləri əhatə edir. (Ermənilər yəqin «dənizdən dənizə» ideyasını buradan götürüblər). Bu inancı bölüşən yevangelistlərə «xristian sionistlər» də deyilir.
Katolik kilsəsinin doğmalarına qarşı çıxan və bu səbəblə təqiblərə məruz qalaraq Amerikaya mühacirət edən puritanlar dövlətin (hökumətin) və hər hansı mərkəzləşmiş kilsənin özəl həyata, inanclara müdaxiləsini rədd edir, həyatın anlamını şəxsi həyatda xoşbəxtliyə nail olmaqda görür, Tanrı ilə ünsiyyət və onun kəlamlarını anlamaq baxımından ümumi savadlılığı zəruri sayırdılar. (Bu prinsiplər ABŞ-ın inkişafında rol oynayıb.) Dövlət başçısı vəzifəsini tutan Trampın bu ilin oktyabr ayında konservatorların Vaşinqtonda keçirilən konfransındakı çıxışındakı bu cümlə məhz həmin puritan baxış və prinsiplərin məhsuludur: «Biz hökumətə yox, Tanrıya baş əyirik!«
Tramp və digər ABŞ millətçiləri yuxarıda qeyd olunan (və olunmayan) məqamları, baxışları ümumi şəkildə «iudey-xristian dəyərləri» kimi təqdim edirlər. Onların (ümumilikdə ultramühafizəkar yevangelistlərin) düşüncəsinə görə, ABŞ-da bu dəyərlərə təhlükə var. Trampın yüksəlişinin təməlində də məhz bu qorxu – Amerika milli identikliyinin itirilməsi əndişəsi dayanır. Trampın Ağ Evə köçdükdən dərhal sonra ölkəyə miqrant axınını dayandırmaq istəməsi, bu sahədə (Green Card və s.) qaydaları sərtləşdirməsi də bu qorxudan irəli gəlir. Onun digər fərmanlarından biri də dini azadlıqlar haqda idi. Bu fərmanla dini qurumların siyasi kampaniyalarda iştirakına, seçkili orqanlara namizədləri dəstəkləməsinə icazə verildi. Tramp bunu ölkədəki söz azadlığının kilsələrə, sinaqoqlara və digər dini qurumlara da yayılmasının zəruriliyi ilə əsaslandırmışdı.
Yevangelist xristianlar (protestantlar) ABŞ əhalisinin təxminən üçdə birini təşkil edir. Yevangelistlər yekcins deyil və müxtəlif icmalara ayrılıb, ən iriləri baptist, metodist, pentekostalist, lüteran, anqlikan (yepiskopal) və kalvinist-presviterian kilsələridir. ABŞ-ın 45 prezidentindən 44-ü protestant olub. (Yeganə qeyri-protestant Kennedi idi). Tramp presviteriandır, vitse-prezident Pens isə katolik ailəsində doğulsa da, sonradan protestantlığa keçib.
Trampın qərarına fərd olaraq təsir göstərənlər də var. Bu sırada əsas sima kimi yəhudi mənşəli amerikalı milyarder Şeldon Adelsonu mütləq qeyd etmək lazımdır. Məşhur Las Veqas kazinosunun sahibi olan 84 yaşlı Adelson respublikaçıların əsas sponsorlarından biridir.
Sonda maraq üçün amerikalı yevangelistlər arasında keçirilmiş son rəy sorğusunun nəticələrini diqqətinizə çatdırım. Yevangelistlərin 45 faizi İsrail dövləti barədə fikirlərini «İncil» əsasında müəyyənləşdirdiyini bildirib, 41 faizi isə deyib ki, yəhudilər İsrail torpaqları ilə bağlı müqəddəs mətnlərdən irəli gələn hüquqlara malik olsalar da, həmin əraziləri Fələstin ərəbləri ilə paylaşmaq məsuliyyətini də unutmamalıdır.