Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
13:32 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1409 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Rusiyanın əsas səhm birjası yubanma ilə açılandan sonra indekslərdə 20 faiz azalma qeydə alınıb. İnvestorlar Moskvanın Ukraynaya hücum qərarından sonra Qərbin sanksiyalarının təsirindən narahatdır. Fevralın 24-də RTS indeksi 20.16 faiz ucuzlaşıb.
Bazara müdaxilə başlanır
Rubl isə valyuta bazarlarında 9 faizdən çox dəyər itirib. Rusiyanın mərkəzi bankı bazarları “sabitləşdirmək” üçün müdaxiləyə başlayıb.
“Maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün Rusiya Bankı xarici valyuta bazarına müdaxiləyə başlamaq qərarına gəlib”, – mərkəzi bankın bəyanatında deyilir.
Bəyanatda deyilir ki, bank bütün gərəkən alətlərdən istifadə etməklə maliyyə sabitliyini, maliyyə qurumlarının fəaliyyətinin davamlılığını təmin edəcək. Digər maliyyə qurumlarının “istənilən ssenariyə qarşı aydın fəaliyyət planları var”, bəyanatda vurğulanır.
Fevralın 24-də dünya birjalarında da kəskin eniş qeydə alınıb.
Neft, qızıl, yen bahalanır
Neftin barelinin qiyməti 100 dolları keçib. Bu, 2014-cü ilin sentyabrından bəri ən yüksək həddir. Qərbin sanksiyalarının Rusiyadan neft ixracına təsir edəcəyi düşünülür.
Qlobal qeyri-müəyyənlikləri zamanı təhlükəsiz yığım sayılan qızılın qiyməti və Yaponiya yeninin məzənnəsi kəskin qalıb.
“Rusiya/Ukrayna gərginliyi Avropa üçün tələbatda mümkün şok, Rusiya və Ukraynanın enerji, kənd təsərrüfatı və başqa xammal məhsulları istehsalındakı rolunu nəzərə alaraq, dünyanın qalan hissəsi üçün böyük təchizat şoku deməkdir”, – “National Australia Bank”dan Tapas Striklənd “Frans Pres”ə deyib.
“BNY Mellon Investment Management”in təmsilçisi Leyl Akoner isə qlobal qeyri-müəyyənliklər fonunda təlatümlərin bir neçə ay qalacağını söyləyib.